
Azərbaycanın sülh müqaviləsi ilə bağlı təşəbbüslə çıxış etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirib, hazırda ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə toxunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edərkən məlumat verilib.
Prezident İlham Əliyev Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə etdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.