
Bakının Nizami rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.
“AVESTA.AZ”un məlumatına görə, Bəhruz Nuriyev küçəsində 1993-cü il təvəllüdlü Əliyeva Aytən Nurəddin qızı yaşadığı binanın 5-ci mərtəbəsinin yerə yıxılıb.
Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.
Qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.