
ABŞ-nin Türkiyədəki səfirliyi Ankaranın İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırışlarına qatıldığını açıqlayıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki diplomatik missiyası sosial şəbəkədə yayıb.
“Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq. Gərginlik və zorakılığın azaldılması çağırışlarında Türkiyə hökumətinə və bir çox dünya liderinə qatılırıq”, - səfirlik diqqətə çatdırıb.
Xatırladaq ki, ötən gün Türkiyənin Xarici İşlər Nazirliyi İsraillə Fələstin arasından yaranmış gərginliklə bağlı bəyanat yayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.