
Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri müzakirə edilib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
“Bu gün Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdük. Görüş zamanı Dünya Bankının Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində müzakirələr apardıq”, - deyə T. Kazımov qeyd edib.
Bu gün Dünya Bankının () vitse-prezidenti Antonella Bassani () ilə görüşdük. Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində…
— Taleh Kazimov (@TalehKazimov_T)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.