
Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfəri davam edir.
12 oktyabr 2023-cü il tarixində Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Anadolu Agentliyində görüşlər keçirilib.
Görüşlər zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin media və dövlət kommunikasiyası ilə yanaşı strateji kommunikasiya mexanizmi, Mədəniyyət və Turizm Nazirliyinin PR strategiyası, ölkə tanıtımı və turizmin potensialının təşviqi, Anadolu Agentliyinin ölkədaxili, regionda və qlobal miqyasda fəaliyyəti, müasir dövrdə jurnalistila və media ilə iş mövzusunda təqdimatlar edilmiş və təcrübə mübadiləsi aparılmışdır. Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.