
Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) arasında əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində növbəti məhsuldar görüşümüz EBRD-nin xəzinədarı Axel Van Nederveen ilə oldu. Bu görüşdə biz Bankla mövcud fəaliyyət istiqamətləri, eləcə də potensial digər əməkdaşlıq imkanları üzərində fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.