14-10-2023, 23:19 529

Şəhid jurnalistlərin xatirəsinə ikinci futbol turniri start götürüb

Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turnirinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, Azərbaycan tarixən çətinliklər görüb və ərazi bütövlüyünün bərpası yolunda şəhidlər verib: "Bu sırada jurnalistlərimiz də var. Müharibə dövründə 9 jurnalist şəhid olub. Turnirin təşkilində məqsəd həm şəhidləri yad etmək, həm də idmanın təbliğidir".

Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev əvvəlcə turnirin təşkilatçılarına təşəkkür edib. İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi dövründə şəhid olan jurnalistlərin qarşısında baş əydiyini söyləyən İ. Tağıyev vurğulayıb ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycan əsgəridir: "Hər birimiz ölkəmizin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Əminəm ki, öz borcunu yerinə yetirən zaman şəhid olan insanların ruhu şaddır. Çünki ərazi bütövlüyümüz təmin olunub".

O, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.

Daha sonra söz Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərovə verilib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün tam bərpa olunduğunu vurğulayıb. P. Ələkbərov hər bir azərbaycanlının bütün şəhidlərin, o cümlədən, şəhid jurnalistlərin xatirəsini daim əziz tutmalı olduğunu, onların əbədi olaraq qəlblərdə yaşayacağını qeyd edib.

Açılış mərasimində çıxış edən AZƏRTAC-ın əməkdaşı, şöbə müdürü Səlahət Yusifov keçmiş iş yoldaşı və həmkarı Məhərrəm İbrahimovun hərbi vətənpərvərlik və idman redaksiyasında çalışarkən ən qaynar nöqtələrdən materiallar hazırladığını vurğulayıb. Bütün şəhidlərə Allahdan rəhmət diləyən Yusifov Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edib.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. Topa rəmzi toxunuşu Əsgər İbrahimov, İlqar Tağıyev və Pərviz Ələkbərov ediblər. Ardınca isə “Ardanış” ilə "Zəngəzur" arasında açılış oyunu start götürüb. Qarşılaşma "Ardanış" komandasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Daha sonra meydana "İrəvan" və "Loru-Borçalı" komandaları çıxıblar. "İrəvan" rəqibini 9:5 hesabı ilə məğlub edərək, turnirə inamlı qələbə ilə başlayıb.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə həvəskar komandalar arasında təşkil olunan turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında mübarizə aparırlar. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTV təmsil edir.

Qruplarda dairəvi sistem üzrə keçiriləcək mübarizə nəticəsində birinci və ikinci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası oynanılacaq.

Xatirə turnirində qaliblərə, eləcə də “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələrin verilməsi nəzərdə tutulub.

“Sultan Keramik”, “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə təşkil olunan ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, “Report” İnformasiya Agentliyi və “Rakus.az” saytı verəcək.

Bugünkü oyunların nəticəsi və növbəti matçların təqvimi aşağıdakı kimidir:

14 oktyabr

I tur

B qrupu

19:30 “Ardanış” – “Zəngəzur" - 5:3

A qrupu

20:30 “İrəvan” – “Loru-Borçalı” - 9:5

15 oktyabr

A qrupu

19:30 “Qərbi Azərbaycan” – “Göyçə”

B qrupu

20:30 “Qaraqoyunlu” – “Çəmbərək”

21 oktyabr

II tur

A qrupu

19:30 "İrəvan" - Qərbi Azərbaycan"

B qrupu

20:30 "Ardanış" - "Qaraqoyunlu"

22 oktyabr

A qrupu

19:30 "Loru-Borçalı" - Göyçə"

B qrupu

20:30 "Zəngəzur" - "Çəmbərək"

28 oktyabr

III tur

A qrupu

19:30 "Qərbi Azərbaycan- "Loru-Borçalı"

B qrupu

20:30 "Qaraqoyunlu"- "Zəngəzur"

29 oktyabr

B qrupu

19:30 "Ardanış" - "Çəmbərək"

A qrupu

20:30 "İrəvan" - "Göyçə"

4 noyabr

Yarımfinal

19:30 A1-B2

20:30 B1-A2

5 noyabr

19:30 - III yer uğrunda görüş

8 noyabr

FİNAL

19:30

Qeyd edək ki, Ardanış Futbol Akademiyasının və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ müharibələrində canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrinin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə verdiyi töhfələri unutdurmamaqdır.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar, dörd nəfər isə yaralanıb.

Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.

Foto: Samirə Həsənova

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR