17-10-2023, 18:57 949

Ekspert:

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsinin istifadəyə verilməsi həmin istiqamətdə sıxlığı azaldacaq.

Bunu "AVESTA.AZ”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib.

Qeyd edək ki, bu gün Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında bu yol üçün tariflər müəyyən edib.

Ekspertin sözlərinə görə, ödənişli yolların olması təcrübəsi dünyanın bir çox ölkələrində mövcuddur:

“Ödənişli yolların mövcud olması xarici ölkələrin, xüsusən də inkişaf etmiş ölkələrin təcrübəsində çox geniş yayılıb. Burada əsas məqsəd alternativ yolların yaradılması, əhalinin bir nöqtədən başqa nöqtəyə gedərkən rahat şəkildə seçimlər edə bilməsidir.

Bunların da bir neçə maliyyə mənbəyi olur. Belə ki, həmin yollar həm adi fiziki şəxslər, xarici investorlar və dövlət tərəfindən maliyyələşdirilə bilir. Adətən xarici investorlar yaxud şəxslər tərəfindən maliyyələşdirilən zaman bu müəyyən müddətə tiklib istismar edilir. Təxminən 25 ildən başlayan müddətdə investorlar qoyduqları xərcləri çıxardıqdan sonra həmin yollar yenidən dövlətin tabeliyinə verilir. Yəni dünya təcrübəsi belədir".

Y. Mustafayev bunu Azərbaycan üçün müəyyən edilən qiymətlərlə müqayisə edib. O qeyd edib ki, "Avtomobil yolları haqqında" qanunun 19-cu maddəsinin ikinci bəndində də göstərilib ki, ödənişli yolları təşkil etmək üçün mütləq eyni keyfiyyətdə alternativ ödənişsiz yolun olması lazımdır: "Hazırda Bakı-Rusiya istiqamətində təklif edilən ödənişli yola alternativ ödənişsiz yol da var.

Adətən mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri üçün çox az miqdarda qiymətlər müəyyən edilir. Əslində daha çox daşınar yüklərdən, xüsusən də tranzit yüklərdən vəsaitlərin daxil olması nəzərdə tutulur. Ödənişsiz yol onun alternativindən təxminən 11 km qısadır. Vaxta qənaət etmək istəyən sürücülər təbii ki, ödənişli yolu seçə biləcəklər. Hesab edirəm ki, həmin istiqamətdə hərəkət edəcək sürücülərin böyük əksəriyyəti buna gedəcək. Əgər biz keyfiyyət, komfort və vaxta qənaət istəyiriksə mütləq vəsait ödəməliyik və bu çox normal haldır”.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.

Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.

Paylaş

Xəbər lenti

ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər Bu gün, 00:48 "Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu Bu gün, 00:48 ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Dünən, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Dünən, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Dünən, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Dünən, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Dünən, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Dünən, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Dünən, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Dünən, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Dünən, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Dünən, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Dünən, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Dünən, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Dünən, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Dünən, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Dünən, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Dünən, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Dünən, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Dünən, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Dünən, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Dünən, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Dünən, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Dünən, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Dünən, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Dünən, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Dünən, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Dünən, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Dünən, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Dünən, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Dünən, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Dünən, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Dünən, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Dünən, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Dünən, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Dünən, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Dünən, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Dünən, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Dünən, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Dünən, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Dünən, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Dünən, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Dünən, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR