
“Biz döyüşçülərimizlə hazırıq”.
“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu “X” sosial şəbəkəsindəki ında ölkənin Müdafiə Qüvvələrinin əsgərləri ilə çəkilmiş, Qəzza zolağına hücum etməyə hazır olduğunu bildirən videoçarxında yazıb.
Baş nazir həmçinin İsrailə sarsıdıcı zərbə vuracağına və Fələstin-İsrail münaqişəsində qalib gələcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı ələ keçirib, 200-dən çox insanı girov götürüb. Bu fonda İsrailin Baş naziri ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
עם הלוחמים. מוכנים.
— Benjamin Netanyahu - בנימין נתניהו (@netanyahu)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.