
Fransa ilin sonuna qədər hərbi qüvvələrini Nigerdən çıxaracağını bildirib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, dekabrın 31-dək 1 400 fransız hərbçi Nigerdən çıxarılacaq.
Qeyd edək ki, sentyabrın sonunda Prezident Emmanuel Makron Fransa ordusunun 2023-cü ilin sonuna qədər Nigeri tərk edəcəyini açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.