20-10-2023, 18:12 782

Külli miqdarda mənimsəmədə təqsirləndirilən polkovnik-leytenantın cinayət işi üzrə şahid dindirilib

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, külli miqdarda mənimsəmədə təqsirləndirilən polkovnik-leytenant Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"AVESTA.AZ"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rüstəm Səlimov ifadə verib.

O, təqsirləndirilən şəxs olan Mahir Şirvanovu tanımadığını, MMC-nin icraçı direktoru olduğunu söyləyib: "Rəhbərlik etdiyim şirkət ərzaq məhsullarının satışı ilə məşğul olub. 2018-ci ildən Müdafiə Nazirliyinə ərzaq məhsullarının verilməsi ilə məşğul olmuşuq. Bizim MMC-nin Müdafiə Nazirliyi ilə bu illər ərzində 20-30 müqaviləsi olub".

Şahid deyib ki, şirkət qarabaşaq, düyü, sirkə və digər məhsullarının satışı ilə məşğul olub.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə müqaviləni MMC-nin rəhbəri kimi özü bağlayıb. Müdafiə Nazirliyi ilə MMC-nin 2018-2021-ci illər ərzində ərzaq məhsullarının tədarükü ilə bağlı müqavilələri olub.

R.Səlimov qeyd edib ki, Müdafiə Nazirliyi ilə müqaviləni başqa bir şirkətin əməkdaşı Aftandil Abdiyevin vasitəçiliyi ilə bağlayıb: "Aftandil Abdiyevin özü də nazirliklə işləyib. Onun vasitəsi ilə mən də bu işlə məşğul olmağa başlamışam. Biz danışdıqdan sonra məhsulların qiymətlərini yazılı qaydada nazirliyə təqdim etmişik. Məhsulların qiymətlərinə baxıldıqdan sonra müqavilə imzalamışıq".

Şahid deyib ki, müqavilə Müdafiə Nazirliyində hazırlanıb: "Hazır müqaviləni nazirliyin giriş qapısına qoyublar. Mən də gedərək ordan götürmüşəm və imzalayaraq geri qaytarmışam. Müqavilədə məhsulların qiymətini bazara uyğun təklif edirdik. Qiymətlərin şişirdilməsi olmayıb. Bütün məhsulların qiyməti real bazar qiymətinə uyğun olub".

Prokuror şahidin nəzərinə çatdırıb ki, Müdafiə Nazirliyi ilə bağlanılan müqavilə əsasında məhsulların qiymətlərinin şişirdilməsi nəticəsində dövlət büdcəsindən 4 milyon manat mənimsənilib. Şahid deyib ki, bu mənimsəmə faktından onun xəbəri olmayıb.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Bu gün, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Bu gün, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Bu gün, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Bu gün, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Bu gün, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Bu gün, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Bu gün, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Bu gün, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Bu gün, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Bu gün, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Bu gün, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Bu gün, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Bu gün, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Bu gün, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Bu gün, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Bu gün, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Bu gün, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Bu gün, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Bu gün, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Bu gün, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Bu gün, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Bu gün, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Bu gün, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Bu gün, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR