
Cəlilabad rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 20 radələrində Cəlilabad şəhərində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədov Mirxəqani Mirnizami oğlu münaqişə zamanı 3 bıçaq xəsarəti alıb. O, ətrafdakılar tərəfindən rayon xəstəxanasına çatdırılıb. Lakin, M.Əhmədovun öldüyü məlum olub.
Məlum olub ki, mərhuma döş qəfəsinin sağ və sol yarısının ön səthinin döş boşluğuna, ürəyinə, həmçinin sol bazunun aşağı 1/3 hissəninə xəsarətlər yetirilib. Onun ölümünə ürək nahiyəsindən aldığı xəsarətin səbəb olub.
Qeyd edək ki, M.Əhmədov həbsdən yenicə çıxıbmış.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən M.Əhmədovun qətlə yetirilməsində şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyat-istintaq tədbirləri həyata keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.