
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyun keçirilib.
"AVESTA.AZ"un məlumatına görə, "Sumqayıt" "Sabah"ı qəbul edib.
"Kapital Bank Arena"da baş tutan qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində Kamran Əliyev fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Sumqayıt" 6-cı pilləyə yüksəlib. "Sabah" 10 xalla 8-ci sırada qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.