27-10-2023, 16:46 480

Mərkəz rəhbəri: “Statistika qadınların təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır”

"Ölkədə hər gün az qala bir qadın öldürülür, yüzlərlə qadın xəsarət alır. Ötən il qətlə yetirilənlərdən 24-ü yetkinlik yaşına çatmayanlar olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə açıqladığı statistika olduqca məyusedicidir və ciddi narahatlıq doğurur".

Bunu "Report"a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

Onun sözlərinə görə, öldürülən qadınların sayı cəmiyyətdə gender əsaslı zorakılığın geniş yayıldığını göstərir:

"Müvafiq qurumlar bu istiqamətdə nə qədər çalışsa da, nəticə göz qabağındadır. Qurbanlardan 24-nün yeniyetmə olması xüsusilə narahatedicidir. Deməli, qadınlar, yeniyetmə qızlar kifayət qədər müdafiə və dəstək sistemlərilə əhatə olunmayıblar. Bu statistika qadınların təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Qətlə yetirilən qadınların əksəriyyəti ailə-məişət zorakılığının qurbanlarıdır. Hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, günahkarların ən ağır məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Qadınlara qarşı cinayət törədənlər sərt şəkildə, özü də hər kəsə dərs olacaq şəkildə cəzalandırılmalıdır! Qadınlara qarşı zorakılıq əməlləri, qətllər cəmiyyəti yaralayır. Bu cür zorakılıq təkcə qurbanlara və onların ailələrinə təsir etmir, həm də daha geniş ictimai təsirə malikdir. Bu, qadınlarda, gənc qızlarda qorxu aşılayır, qadınların azadlığını məhdudlaşdırır, onların sosial, iqtisadi və siyasi fəaliyyətlərdə iştirakını əngəlləyir. Ona görə də, müvafiq qurumlar dərhal hərəkətə keçməli, geniş hüquqi islahatlar aparılmalıdır".

A.Musayeva bildirib ki, təkcə maarifləndirmə işləri yetərli deyil, bu gün yaşından asılı olmayaraq bütün qadınlar üçün daha təhlükəsiz mühit yaradılmalıdır:

"Qadınların, qızların öldürülməsinin və məişət zorakılığının qarşısının alınması üçün geniş media kampaniyalarına ehtiyac var. Ailələrdə qarşılıqlı hörmət və sağlam münasibətlər təşviq edilməlidir. Qadınları zorakılıq, şiddət və hər cür təzyiqlərdən qorumaq üçün onların gücləndirilməsi lazımdır. Qızların təhsil alması, özünü inkişaf etdirməsi, karyera qurması, maliyyə müstəqilliyi bu gücü təmin edəcək. Ona görə də ailələr qız övladlarının təhsilinə xüsusi diqqət göstərməlidir. Valideynlər qızları erkən nikaha məcbur etməməlidirlər. Təcrübə göstərir ki, zorakılıqla üzləşən qadınlar adətən erkən nikahın “qurban”ları olur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapan daha bir həyəcanlı statistika hələ də cəmiyyətin bu “bəla”dan qurtulmadığını təsdiqləyir. Ötən il Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran iqtisadi rayonları üzrə qeydə alınıb. Bu, çox ciddi rəqəmlərdir".

Mərkəz rəhbəri vurğulayıb ki, erkən nikah yetkinlik yaşına çatmayan qızlara qarşı cinayətdir və mütləq bu halların qarşısı alınmalıdır:

"Bu baxımdan, Azərbaycanda qanuni nikah yaşı ilə bağlı bütün istisnalar aradan qaldırılmalıdır. Ailə Məcəlləsinə yenidən baxılaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşının 18 yaş olması qətiləşdirilməli, heç bir istisnalara yol verilməməlidir. Erkən yaşda qızların, eləcə də oğlanların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah yeniyetmə qızların həyatına risklər yaradır, bir sıra hallarda cinayətlərin “qurbanı”na çevirir. Nəticədə bu gün qadın cinayətləri ilə bağlı dəhşətli statistika ilə üzləşirik".

Uşaq İnkişaf Mərkəzinin rəhbəri qeyd edib ki, bütün bunlar Azərbaycanda qadın və qızlarımızın hüquqlarının müdafiəsindəki zəifliklərin aradan qaldırılmasını zəruri edir:

"Həmçinin qadınlar üçün pulsuz hüquqi yardım, psixoloq xidmətlərinin yaradılması, sığınacaqların sayının artırılması və Qaynar Xətlərin fəaliyyəti zorakılıq halları ilə mübarizəni gücləndirə bilər. Bundan başqa texnologiyaların inkişafı da mübarizə tədbirlərində innovasiyaların tətbiqinə yol açır. Zorakılıqla üzləşən qadınlara fövqəladə hallarda tez kömək istəməyə imkan verən mobil proqramların hazırlanması, həmçinin beynəlxalq praktikada geniş yayılan təhlükə anında bütün səlahiyyətli qurumları xəbərdar edə bilən mobil cihazlardan istifadə olduqca faydalı olardı".

Paylaş

Xəbər lenti

Bakıda dişini çəkdirən qadın xərçəng oldu Bu gün, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Bu gün, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Bu gün, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Bu gün, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Bu gün, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Bu gün, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Bu gün, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Bu gün, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Bu gün, 18:48 Mal əti niyə bahalaşır? Bu gün, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Bu gün, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Bu gün, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Bu gün, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Bu gün, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Bu gün, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Bu gün, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Bu gün, 17:48 Oktyabrda hava necə olacaq? Bu gün, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Bu gün, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Bu gün, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Bu gün, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Bu gün, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Bu gün, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Bu gün, 16:48 63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR Bu gün, 15:48 Məmmədli kəndində baş verən qətlin DETALLARI Bu gün, 15:48 AZAL-dan Turizm İşçiləri Gününə özəl kampaniya: sərnişinlərə xüsusi endirimlər Bu gün, 15:48 "Roşka" məhkəmədən vaxt istədi Bu gün, 15:48 İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib Bu gün, 15:48 Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48 Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı Bu gün, 14:48 ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək Bu gün, 14:48 Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu Bu gün, 14:48 Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR