
ABŞ-ın Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki "Ömər" neft yatağındakı bazasında partlayış səsləri eşidilib.
"AVESTA.AZ"un "Al-Mayadeen"ə istinadən xəbərinə görə, bu barədə yerli mənbə məlumat verib.
Onun sözlərinə görə, Deyr əz-Zorun şərqindəki neft yatağında ABŞ hərbi bazasının ərazisində silsilə partlayışlar baş verib.
Telekanalın məlumatına görə, baza pilotsuz təyyarələr və raketlərin hücumuna məruz qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.