
Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobilin həyətyanı sahənin divarına çırpılması nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Hüseynov Həsən Hüseyn oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.