
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar - 1960-cı il təvəllüdlü Rasim Abbasov və daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir. Onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, qəza nəticəsində avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı mağazaya çırpılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.