Azərbaycanda karbon tutumlu sektorlarda emissiyaların azaldılması tədbirləri və "yaşıl enerji" layihələri prioritetləşdirilməlidir.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.
"Azərbaycan iqtisadiyyatının mühüm sektoru olan kənd təsərrüfatı iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssasdır. Quraqlığa davamlı məhsullar, səmərəli suvarma sistemləri və davamlı torpaq idarəetmə üsulları kimi artıq dəyişən iqlimə uyğun ağıllı kənd təsərrüfatı təcrübələrini qəbul etməklə ərzaq təhlükəsizliyini təmin edə və aqrar sektorun dayanıqlığını artıra bilərik", - deyə o qeyd edib.
"Aşağı karbonlu, davamlı gələcəyə keçidin əsası olan iqlim maliyyəsi yaşıl inkişaf gündəliyinin icrası üçün mühüm rol oynayır. İnvestisiyaları bərpa olunan enerji mənbələrinə, dayanıqlı infrastruktura və iqlimə uyğun kənd təsərrüfatına yönəltməklə biz nəinki iqlim dəyişmələrinin mənfi təsirlərinin azalda, həm də iqtisadi sabitliyi təşviq edə və yeni iş yerləri yarada bilərik" - deyə o əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.