
Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu qətlə yetirməkdə keçmiş məhkum, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov şübhəli bilinir. O, saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.