23-11-2023, 17:46 1248

Varşavada “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi baş tutub

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyi və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının dəstəyi ilə Varşavada Milli Etnoqrafiya Muzeyində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib və “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a bildirilib ki, sərgidə Polşa Respublikasının Xarici işlər Nazirliyinin nümayəndələri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Milli Etnoqrafiya Muzeyinin direktoru Maqdalena Vroblevska, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli, Gürcüstan Milli Muzeyinin Baş kuratorunun müavini Tebrone Nadiradze, Polşanın Vitold Pilecki İnstitutunun nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Yeji Roxojinski çıxış ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir N.Qurbanova tədbirin təşkilində göstərdiyi dəstəyə görə Gürcüstan Milli Muzeyinə, Heydər Əliyev Fondu, eləcə də Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasına təşəkkürünü bildirib. Səfir Azərbaycan ərazisində suveren feodal dövlət qurumlarının - xanlıqların yaradılmasının xalqımızın çoxəsrlik tarixinin mühüm mərhələlərindən biri olduğunu diqqətə çatdırıb. O, belə xanlıqlardan birinin XVIII əsr Azərbaycanın ən görkəmli dövlət xadimlərindən biri olan Cavanşir tayfasının Sarıcalı oymağından Pənah Əli xan Cavanşir tərəfindən əsası qoyulan Qarabağ xanlığı olduğunu vurğulayıb. Səfir, həmçinin Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri barədə məlumat verərək onun əsasının 1752-ci ildə qoyulduğunu bildirib, ilk əvvəl Pənahabad adlanan şəhərin tez bir zamanda Qarabağın iqtisadi mərkəzi kimi Azərbaycanın əsas ticarət və sənətkarlıq şəhərlərindən birinə çevrildiyini söyləyib.

Səfir əlavə edib ki, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində öz suverenliyini tam təmin edib. O, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin azad olunması ilə ölkəmizin zəngin mədəni irsinin bərpası, eləcə də regionun yenidən qurulması və iqtisadi dirçəliş prosesinə start verilməsi barədə qonaqlara məlumat verib.

O, “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabında Qarabağın parlaq irsinin bir hissəsi olan 300-dən çox artefaktın təsviri olduğunu, onun 2022-ci ildə nəşrinin Qarabağın ürəyi olan Şuşa şəhərinin 270 illik yubileyinə təsadüf etdiyini bildirib. Sözügedən kitabın nəşrinin Azərbaycan və Gürcüstanın akademik dairələri və vətəndaş cəmiyyəti nümayəndələri arasında səmərəli əməkdaşlığın gözəl nümunəsi olduğunu qeyd edən səfir ötən il kitabın Gürcüstanda keçirilən təqdimatında Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirak etdiyini xüsusi vurğulayıb. N.Qurbanova kitabın Polşada tarixçi və sənətşünasları Qarabağın və bütövlükdə Azərbaycanın tarixini araşdırmağa həvəsləndirəcəyinə ümid etdiyini söyləyib.

Milli Etnoqrafiya Muzeyinin direktoru M.Vroblevska rəhbərlik etdiyi muzeyin belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, eyni zamanda səfirliklə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib. Daha sonra rəhbərlik etdiyi muzey barədə qonaqlara məlumat verib.

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri E.Əsgərov Azərbaycanın Cənubi Qafqazın digər ölkələri ilə birgə uzun illər Rusiya imperiyasının, daha sonra SSRİ-nin tərkibində olduğunu, ölkənin və regionun tarixi, arxeologiya və etnoqrafiyası barədə bütün əsas araşdırmaların məhz həmin illərə təsadüf etdiyini bildirib. E.Əsgərov Rusiya tərəfindən Tbilisidə yaradılan Qafqaz muzeyinin əməkdaşlarının müxtəlif illərdə Qafqazın müxtəlif regionlarına, o cümlədən Qarabağa ekspedisiyalar təşkil edib çox sayda artefaktlar toplayaraq muzeyə gətirməsi və bu materialların əksəriyyətinin açılmadan və tədqiq olunmadan muzeyin anbarlarında qalması barədə məlumat verib.

Daha sonra o, kitaba arxivlərdən tapılmış minlərlə yeni material və artefaktlardan təqribən 300-nün daxil olunduğunu qeyd edərək bu materialların Qarabağ regionunun tarixi, mədəniyyəti, məişəti, inancı barədə məlumatları əks etdirdiyini və həmin artefaktlar vasitəsilə regionda aparıcı mədəni kimliyin məhz Azərbaycan kimliyi olmasını müəyyən etdiyini əlavə edib.

Tədbirdə təqdimatla çıxış edən digər natiqlər - Roma Sapienza Universitetinin tədqiqatçısı, professor D.P.Vinçelli, Gürcüstan Milli Muzeyinin Baş kuratorunun müavini T.Nadiradze, Polşanın Vitold Pilecki İnstitutunun nümayəndəsi, tarix üzrə fəlsəfə dokturu Y.Roxojinski Qarabağın tarixi, mədəniyyəti, etnik tərkibi, burada mövcud olan Qafqaz Albaniyasının xristian irsi, regiona müxtəlif illərdə təşkil edilmiş ekspedisiyalar, bu ekspedisiyaların nəticələri, əldə edilmiş artefaktlar barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Milli Etnoqrafiya Muzeyində baş tutan “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimatı və “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Sərgi ziyafətlə davam edib.

Yuxarıda qeyd olunan kitabın ikinci təqdimatı və sərginin açılışı, həmçinin Polşanın nüfuzlu özəl qalereyalarından birində təşkil edilib. Qeyd edək ki, ictimaiyyət üçün açıq olan sərgi bir həftə ərzində davam edəcək.

Paylaş

Xəbər lenti

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR