
İsrail Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə humanitar atəşkəs razılaşması çərçivəsində noyabrın 26-da 39 fələstinli məhbusu azad etməyi planlaşdırır.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Öhdəlikləri yerinə yetirərək, Qəzzada saxlanılan 13 israillinin azad edilməsi müqabilində 39 mülki fələstinli bu gün azad ediləcək”, - o bildirib.
Qətərin qurumu açıqlayıb ki, Fələstin qrupu daha əvvəl İsrail tərəfi ilə barışıq razılaşması xaricində üç Tailand və bir Rusiya vətəndaşını azad edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.