
Gəncədə qətl hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Şahsevənlər küçəsi 106 ünvanında 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsindən 1 bıçaq xəsarəti alıb və yerindəcə dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadədir.
O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.