29-11-2023, 14:57 703

Kino Agentliyinin elan etdiyi film layihəsi qaliblərinin adları açıqlanıb - SİYAHI

Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunan film layihələri müsabiqəsinin nəticələri məlum olub.

Bu barədə "AVESTA.AZ"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsidir.

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb.

Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə 23-24 noyabr tarixində Azərbaycan Dövlət Film

Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış olub. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə ediblər.
Noyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib.

İclasda pitçinqin nəticələrinə əsasən, istehsalına dəstək göstərilməsi təklif olunan dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsi, eləcə də Ekspert şurasının mövzu və ideyasını nəzərə alaraq təklif etdiyi “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarılıb. “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri istisna olmaqla “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi Mədəniyyət Nazirliyi və ARKA-nın hər hansı müdaxiləsi olmadan Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə təsdiq edilib.

Bildirək ki, istehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunması təklif edilib.

Müsabiqəyə təqdim olunmuş və seçilməmiş istənilən layihə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edilə bilər.

Paylaş

Xəbər lenti

Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Bu gün, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Bu gün, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Bu gün, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Bu gün, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Bu gün, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Bu gün, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Bu gün, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Bu gün, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Bu gün, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Bu gün, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Bu gün, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Bu gün, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Bu gün, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Bu gün, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Bu gün, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Bu gün, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Bu gün, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Bu gün, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Bu gün, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Bu gün, 16:48 Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb Bu gün, 16:48 Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır Bu gün, 15:48 Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI Bu gün, 15:48 Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü Bu gün, 15:48 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 15:48 İlham Əliyev İƏT-in baş katibini qəbul edib Bu gün, 15:48 Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır Bu gün, 15:48 Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb Bu gün, 15:48 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq Bu gün, 15:48 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Bu gün, 14:48 Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır Bu gün, 14:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Bu gün, 14:48 Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var Bu gün, 14:48 Meksikada Vens qasırğası ilə bağlı dörd ştatda xəbərdarlıq edilib Bu gün, 14:48 Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb Bu gün, 14:48 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama Bu gün, 13:48 Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb Bu gün, 13:48 Azərbaycanla Özbəkistan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiqlənib Bu gün, 13:48 Ötən həftə 997 ha ərazi minalardan təmizlənib Bu gün, 13:48 "Sabah" 30 illik çempionat tarixinin rekordunu təkrarladı Bu gün, 13:48 Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq Bu gün, 13:48 Mayk Tayson türk serialına çəkiləcək Bu gün, 13:48 66 yaşlı aktyor 30 yaş kiçik sevgilisi ilə evləndi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR