
Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarına start verilib.
“AVESTA.AZ”un məlumatına görə, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Qarşılaşma birincilərin 3:0 (25:13, 25:21, 26:24) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hərəyə 6 xalı olan komandalar turnir cədvəlində 2-3-cü pillələri bölüşdürürlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.