7-12-2023, 16:55 505

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turizm tədbiri keçirilib

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Turizm Sammiti 2023" tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbir çərçivəsində Ümummilli lider haqqında "Heydər Əliyev və Azərbaycan turizmi" sənədli filmi və kitabının təqdimatı baş tutub.

Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlardan, vaxtında və məqsədyönlü şəkildə atdığı müdrik addımlardan, bu uğurlu siyasətin davamı olaraq son 20 ildə turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunur.

Tədbirdə 2023-cü il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, o cümlədən "2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"na müvafiq olaraq "2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası"nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması, indiyə qədər sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsinin tamamlanması, bu il qəbul olunan "Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları"na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditinin başa çatması, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanların təşkil edilməsi haqqında məlumat verilib.

Tədbirdə 11 ay ərzində 1 milyon 893 mindən çox xarici ziyarətçinin gəlməsi, bunun isə ötən illə müqayisədə 30 faizdən çox olması, pandemiyadan sonra bərpa prosesinin sürətlə davam etməsi qeyd edilib.

Həmçinin maddi-mədəni irsimizin qorunması istiqamətində görülən işlər üzrə "Xınalıq və Köç Yolu Mədəni Landşaftı" maddi-mədəni irs nümunəsinin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasiya işlərinin davam etdirilməsi vurğulanıb.

Qeyd olunub ki, yeni və unikal turizm məhsulu kimi Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlər yekunlaşmaq üzrədir.

Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradılması diqqətə çatdırılıb.

Qarabağ və Şərqi Zəngəzurda "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində layihələndirmə və infrastruktur işlərinin, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə turizm infrastrukturunun yaradılması məqsədilə inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin davam etdirilməsi, Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük marağın olması haqqında məlumat verilib.

Tədbirdə ölkəmizin turizm potensialının tanıdılması müxtəlif hədəf bazarlarda aparılan marketinq kampaniyaları, il ərzində 17 beynəlxalq sərgidə iştirak, "BBC", "CNN", "Euronews", "National Geographic" kimi beynəlxalq qlobal xəbər portallarında yüzlərlə məqalə yerləşdirilməsi, rəqəmsal və TV reklamlar verilməsi və digər genişmiqyaslı təbliğat tədbirləri üzrə görülən işlər və strateji yanaşma ilə bağlı təqdimatlar həyata keçirilib.

Azərbaycan turizm sənayesi assosiasiyaları tərəfindən "Sənaye assosiasiyası vasitəsilə turizm sənayesi üçün inkişaf imkanları", "Azərbaycanın qonaqlama sənayesinin inkişaf perspektivləri", "Azərbaycanda turizm bələdçiliyi sahəsinin mövcud vəziyyəti və inkişafı" mövzularında çıxışlar ediblər.

Daha sonra tədbir "Azərbaycanda yerli turizm bizneslərinin fəaliyyəti – uğurlu təcrübələr" mövzusuna həsr olunan panel diskussiyası ilə davam edib. Sessiyada yerli turizm sahibkarları uğur qazanmış layihələri barədə təcrübələrini bölüşüblər.

Paylaş

Xəbər lenti

Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48 Aİ-nin 6 ölkəsi Brüsselə ultimatum verdi Bu gün, 13:48 iPhone 18 Pro-da ciddi problemlər aşkarlandı Bu gün, 13:48 Nazir oldu, DTX həbs etdi, hazırda müəllim işləyir Bu gün, 13:48 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı Bu gün, 13:48 Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub Bu gün, 12:48 FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib Bu gün, 12:48 Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər Bu gün, 12:48 Ağamirzə vəsiyyətini açıqladı: "3, 7, 40 məclislərində yemək verilməsin" Bu gün, 12:48 SOCAR-ın idarəsi 8 ayda qeyri-neft ixracından 207 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Bu gün, 12:48 Bakıya 4 milyonluq briliant keçiirmək istdədi, qarşısı alındı Bu gün, 12:48 Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi Bu gün, 12:48 "SOCAR Polymer" 8 ayda ixracdan 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 12:48 İlk dəfə ailə quran 42 yaşlı aktrisa: "Çox xoşbəxtəm" Bu gün, 12:48 Putin Rus ordusunun şəxsi heyət sayını artırdı – 2,44 milyon nəfərə çatdı Bu gün, 11:48 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı Bu gün, 11:48 "İstanbullu Gelin"dəki hadisə gerçək oldu - Aslı Enver Praqaya köçür Bu gün, 11:48 FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA Bu gün, 11:48 Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi Bu gün, 11:48 Bu il subasma zonasından təxliyə olunan vətəndaşların sayı açıqlandı Bu gün, 11:48 Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş... Bu gün, 11:48 Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilər - SİYAHI Bu gün, 11:48 "Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu Bu gün, 11:48 150 min manatdan çox vəsait belə yoxa çıxıb: Lənkəranda şübhəli saxlanıldı Bu gün, 11:48 Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi Bu gün, 11:48 Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT Bu gün, 10:48 Ançelotti tənqidlərə cavab verdi: "Bu, gələcəklə bağlı düşüncələrimi dəyişmir" Bu gün, 10:48 Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib Bu gün, 10:48 At arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb Bu gün, 10:48 Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib Bu gün, 10:48 Samir Bağırov bu səbəbdən depressiyaya düşüb Bu gün, 10:48 Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır Bu gün, 10:48 Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO Bu gün, 10:48 "Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər Bu gün, 10:48 Yankoviç İrəvanda Ermənistan yığmasına qarşı Bu gün, 10:48 Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı Bu gün, 10:48 Xamenei: İran xalqı Hörmüz boğazını qorumaqda qərarlıdır Bu gün, 09:48 Sabirabadda qadın piyadanı avtomobil vurub öldürdü Bu gün, 09:48 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü - TƏFƏRRÜAT Bu gün, 09:48 Bakının bu rayonunda işıq olmayacaq Bu gün, 09:48 Manatın məzənnəsi ilə bağlı vacib açıqlama - Növbəti ildə... Bu gün, 09:48 "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək Bu gün, 09:48 Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR