
Avropa Komissiyası (AK) 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq.
"Report"un məlumatına görə, bu barədə Komissiyanın saytında dərc olunan məlumatda deyilir.
“Yaxın Şərqdə humanitar vəziyyət pisləşməkdə davam etdiyi üçün Avropa Komissiyası 2024-cü ildə Fələstin xalqına humanitar yardım üçün 125 milyon avro ayıracaq”, - məlumatda bildirilir.
Qeyd olunur ki, maliyyə həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində fəaliyyət göstərən humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.
Bundan əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Xidmətinin iclasında Qəzza zolağında humanitar yardımın uğurla çatdırılması üçün heç bir şəraitin olmadığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.