9-12-2023, 19:16 499

Hüquq sahəsində “Dəmir yumruq” intellektual müsabiqəsi başlayıb

Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqə başlayıb.

"Report" xəbər verir ki, üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquq fakültələrinin tələbələrinin komandası yarışır.

Müsabiqəyə təşkilati dəstək Vəkillər Kollegiyasının Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Müsabiqənin məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələblərin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir. Bu intellektual müsabiqə üç mərhələni əhatə edir.

Tədbirdə Kollegiyanın rəhbərliyi, Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunmuş rəhbərləri və 45 tələbə iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Müsabiqədə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hər kəsi təbrik edib, ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətini vurğulayıb.

Sədr diqqətə çatdırıb ki, müsabiqə ölkədə əlamətdar hadisəyə - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Əgər Ümummilli Lider olmasaydı, bugünkü Azərbaycanın şahidi olmayacaqdıq. Ümummilli Liderin hakimiyyətə gəlişindən əvvəl ölkədə hərc-mərclik dövrü yaşanırdı, eyni zamanda siyasi, sosial-iqtisadi vəziyyət çox ağır idi. Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulub, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılıb.

Anar Bağırov Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini dilə gətirib.

Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olduğunu bildirən sədr ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktların, çoxsaylı sərəncamlar və digər sənədlərin qəbul edildiyini, heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilmədiyini, qanunla da bu məsələ həllini tapdığını, o cümlədən hazırda vəkillik fəaliyyəti yeni dövrünü yaşayaraq inkişaf etdiyini vurğulayıb. Bu da Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxış edərək, iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən danışıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.

Daha sonra müsabiqəyə start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 45 test sualını cavablandırılıb. Birinci mərhələnin sonunda komandaların cavabları yoxlanılıb, qaliblər elan edilib.

Beləliklə, 42 bal toplayan Milli Aviasiya Akademiyası birinci, hərəyə 41 bal yığan Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət İdarəçilik Akademiyasının komandaları ikinci, üçüncü və dördüncü yerlərdə qərarlaşaraq, növbəti mərhələyə adlayıblar.

Məlumat üçün bildirərək ki, NDU-nun komandasının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.

Xatırladaq ki, müsabiqənin ikinci mərhələsi dekabrın 16-da, final yarışı isə dekabrın 23-də təşkil ediləcək.

Sonda qaliblər mükafatlandırılacaqlar.

Paylaş

Xəbər lenti

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub Bu gün, 00:48 Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi Dünən, 23:48 Ayxan Hacızadə: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik Dünən, 23:48 Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var Dünən, 23:48 Sarkozi şərti azadlığa buraxıldı Dünən, 23:48 Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş" Dünən, 23:48 Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı Dünən, 23:48 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb Dünən, 22:48 Tramp İranla razılaşma ehtimallarından danışıb Dünən, 22:48 Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir Dünən, 22:48 Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb Dünən, 22:48 Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI Dünən, 21:48 Şəhid atası vəfat etdi Dünən, 21:48 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib Dünən, 21:48 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT Dünən, 21:48 "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Dünən, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Dünən, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Dünən, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Dünən, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Dünən, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Dünən, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Dünən, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Dünən, 19:48 Bakıda yeni dairəvi yollar tıxaclara son qoyacaq? Dünən, 19:48 Sürücülərin bal limiti artırıla bilər? Dünən, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Dünən, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Dünən, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Dünən, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Dünən, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Dünən, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Dünən, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Dünən, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Dünən, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Dünən, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Dünən, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Dünən, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Dünən, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Dünən, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Dünən, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Dünən, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Dünən, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Dünən, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Dünən, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Dünən, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Dünən, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Dünən, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR