
Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun bir qrup sakininin ata-baba yurduna səfəri başlayıb.
"Report" xəbər verir ki, səfərdə məqsəd yaşlı nəsil vasitəsilə bu bölgə haqqında dolğun məlumatlar əldə edərək gənc nəslə ötürülməsini təmin etməkdir.
Media nümayəndələrinin iştirak etdiyi səfərdə onlar Kəlbəcərin bir neçə istiqamətində müxtəlif kəndləri, rayon mərkəzini, erməni vandalları tərəfindən dağıdılmış mədəniyyət abidələrini, eyni zamanda Şəhidlər xiyabanını ziyarət edəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.