27-08-2022, 14:00 726

Laçın sakini: “Torpaq həsrəti ilə keçən 30 ili yaşanmamış hesab edirəm” - REPORTAJ

Onlar düz otuz ildir bağrı yanıq, köksündə dağ boyda Vətən həsrəti ilə bu günü gözləyiblər. "Ay Laçın", "Can Laçın" deyərək illərdir bu günün həsrətini çəkiblər.

Söhbət Mərdanovlar ailəsindən gedir. Mərdanovlar ailəsi torpaqlarımız işğal olunana qədər Laçın şəhərində yaşayıb. İndi isə ayrılığa birdəfəlik son qoyulduğu gündür. Çünki ordumuz Laçın şəhərinə, Zabux və Sus kəndinə yerləşib. Artıq bayrağımız Laçın şəhərində qürurla dalğalanır. Laçın sevincini bölüşmək üçün Mərdanovlar ailəsinin evinə yollanırıq.

Bizi binanın həyətində ailənin böyüyü Zahid Mərdanov qarşılayır. Ona gözaydınlığı verib evlərinə qalxırıq. Qapıdan içəri daxil olan kimi Zahid Mərdanovun oğlu Savalan Mərdanov "xoş gəlmisiniz, o gün olsun Laçında evimizə qonaq gələsiniz", - deyib şadyanalıqla bizi salamlayır.

İçəri daxil olan kimi şıltaq hərəkətləri ilə diqqətimizi çəkən azyaşlı Rəvan "bilirsiniz, biz Laçına gedəcəyik, Zahid babam məni evimizə aparacaq. Babamgil eskiden (Türkiyə türkcəsində danışır) yəni əvvəllər orada yaşayıb" deyir.

Zahid müəllim nəvəsi Rəvanın sözünə əlavə edərək “inşallah, çox yaxında onu evimizə aparacağam” deyir və 30 il əvvəl Laçından didərgin düşdükləri zamanı xatırlayır: "Mən o zamanlar Laçında bankda fəaliyyət göstərirdim. Orada çox xoşbəxt ailəmiz, yaxşı evimiz var idi. Uşaqlarımız hələ yenicə böyüməyə başlayırdı. Böyük oğlumun 15, ortancılın 14, kiçik oğlumun isə 10 iki yaşı vardı. Heç vaxt ağlıma gəlməzdi ki, biz nə vaxtsa ev-eşiyimizdən ayrı düşəcəyik. Nəinki mən, heç kim bu haqda düşünmürdü (kövrəlir)”.

Söhbətimizin bu yerində Zahid müəllimin həyat yoldaşı Bilqeys Ağalarova da bizə qoşulur: “Biz düz 30 il idi ki, bu günü gözləyirdik. Sizi inandırım, biz bu 30 ili yaşamadıq. Mən ötən bu illəri yaşanmamış hesab edirəm. Doğrudur, nə ac qaldıq, nə susuz, kənd, şəhər fərq etmədən hara getdiksə, bizə orada qucaq açdılar. Hər şeyimiz oldu, bir tək yuvamız olmadı. O vaxt ki, biz öz evimizdən, torpağımızdan ayrı düşdük, elə bilirəm ki, biz o illəri yaşamadıq. Oradan çıxanda mənim 39 yaşım var idi, indi isə 69 yaşım var. Onda atalı-analı, bacılı-qardaşlı idik. Amma təəssüf ki, indi onların böyük əksəriyyəti yoxdur. Mən ən çox ona heyifsilənirəm ki, onlar bu günü görə bilmədilər. Onlar torpaq, Vətən həsrəti ilə bu dünyadan köçdülər. Kaş ki, bu günü görmək onlara da nəsib olardı. Amma mən əminəm ki, bu gün onların ruhu şaddır, bu gün baş verənlərdən, torpaqlarımızın yağılardan təmizlənməsindən xəbərdardırlar. Biz bu gün çox sevincliyik. Bu sevinc hissini bizə yaşatdığına görə Azərbaycan Ordusuna, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Allahdan torpaq, Vətən üçün canından keçmiş şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə şəfa, uzun ömür, cansağlığı arzulayıram".

Birdən Bilqeys xanım arxaya çevrilib, şkafın üstündə düzülmüş kitabları göstərir: “Qızım, bu kitabları görürsünüz?! Hər birisi Vətən həsrətindən, 30 il qayğı ilə keçmiş günlərdən yazılmış kitablardır. Elə biri çoxlarının tanıdığı, qohumum Əli Əliyevin mühasirə həyatından bəhs edən kitabdır. Əli Əliyevlə mən Laçının Oğuldərə kəndindənik. Onlar 54 gün erməni mühasirəsində qalıblar. Çox çətin günlərdən keçiblər. “54 gün erməni mühasirəsində” kitabı da həmin günlərin ağrısından, acısından, baş verənlərdən qələmə alınıb. Bu həsrəti, bu kədəri yalnız yaşayanlar bilər. Bir neçə il əvvəl Türkiyədə olanda yaşlı bir azərbaycanlı kişi ilə həmsöhbət olmuşdum. Çox yaşlı idi, təxminən, 80-ə yaxın yaşı olardı. Kişinin Vətən həsrətindən danışarkən dediyi sözlər ölənə qədər ağlımdan çıxmaz. O mənə dedi ki, bala, daş düşdüyü yerdə güclü olur, elə ki, o yerindən uzaq düşür, onda həmin daş yonulub, parçalana bilir. 30 il idi biz gücsüz idik. Şükür bu günə artıq o gücümüz yerinə qayıtdı. Torpaqlarımız işğaldan azad edilib və biz çox yaxın zamanda öz evimizə, torpağımıza geri dönəcəyik”.

Zahid müəllim yenidən söhbətimizə qoşulur. Bildirir ki, iyun ayında 30 ildən sonra yenidən ata-baba torpağına, Qarabağa səfər edib: “Qızım, bu gün çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur, baxmayaraq ki, illərdir köçkün həyatı yaşamışıq. Elə ki, o torpaqlara ayaq basdım, yaşadığımız çətin günlərin hər birini unutdum. İndi tək istəyim bundan sonrakı ömrümü orada yaşamaqdır. Mən əminəm ki, Laçın yenidən abad olacaq, hətta əvvəlkindən daha gözəl bir şəhərə çevriləcək və biz daimi olaraq öz əzəli ata-baba yurdumuzda yaşayacağıq”.

Zahid müəllimin oğlu Savalan Mərdanovun 42 yaşı var. Laçından qaçqın düşəndə altıncı sinifdə oxuyurmuş. İndi Laçına qayıdacağı günü səbirsizliklə gözləyir: “Laçına qayıdacağım günü səbirsizliklə gözləyirəm. Qaçqınlıq həyatı çox ağırdır. Mənim oradan çıxanda 12 yaşım olub. Oradan-ora köçmək, şəhər, kənd dolaşmaq, 11-ci sinifi bitirənə qədər 16 məktəb dəyişmək, yaşadığımız çətin günləri yəqin ki, az da olsa ifadə edir. Laçında keçən günlərimizi heç vaxt unutmuram. Oradakı sinif yoldaşlarımla hələ də əlaqələrimiz var. Danışmışıq ki, Laçına gedəndə mütləq oxuduğumuz məktəbə baş çəkib oranı ziyarət edəcəyik. Bu gün çox sevincliyəm. İnanırdım ki, biz mütləq yenidən o torpaqlara qayıdacağıq və Azərbaycan bayrağı Laçında yenidən, əbədi dalğalanacaq. Qələbəmiz daimidir. Bu günləri bizə yaşadan ölkə başçımıza, ordumuza təşəkkür edirəm. Azərbaycan xalqına hər zaman belə gözəl günlər arzu edirəm”.

Sonda Zahid müəllim növbəti söhbətimizin Laçında, elə öz evlərində olmasını arzu edir. Biz də onun bu arzusuna məmnuniyyətlə qatılır, növbəti görüşün məhz Laçında Mərdanovların 30 il əvvəl ayrıldığı evində olmasını diləyərək sağollaşırıq.

Foto: Vüqar Xanlarov

Paylaş

Xəbər lenti

Rusiyada erməniəsilli iş adamının arvadını və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu Dünən, 23:48 Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb Dünən, 23:48 Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib Dünən, 23:48 Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı Dünən, 23:48 Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib Dünən, 23:48 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var Dünən, 22:48 Sabah Bakının bir çox ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır Dünən, 22:48 Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ Dünən, 22:48 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir Dünən, 22:48 Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib Dünən, 21:48 Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir Dünən, 21:48 Kamara Usman: "Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür" Dünən, 21:48 Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Dünən, 21:48 Bakıda Xankəndiyə "Stepanakert" deyən erməni jurnalistin bir reaksiyası ilə səhvini anında düzəltdi Dünən, 20:48 Bu ərazilərdəki məktəblər TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib Dünən, 20:48 Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb Dünən, 20:48 Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək Dünən, 20:48 Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib Dünən, 19:48 Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib Dünən, 19:48 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu Dünən, 19:48 700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA Dünən, 19:48 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? Dünən, 19:48 Noutbukdan bu cür istifadə kişilərdə sonsuzluq riskini artıra bilər Dünən, 19:48 Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib Dünən, 18:48 Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib Dünən, 18:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda... Dünən, 18:48 Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər Dünən, 18:48 Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb Dünən, 18:48 "Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" Mükafatına Layiq Görüldü Dünən, 17:48 "Diriliş Ertuğrul" serialına baxıb infarkt keçirdi, Bakıda əməliyyat olundu Dünən, 17:48 "Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi Dünən, 17:48 Sabah bu yolun bir hissəsi bağlanacaq Dünən, 17:48 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı Dünən, 17:48 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi Dünən, 17:48 Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb Dünən, 16:48 "Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI Dünən, 16:48 Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi Dünən, 16:48 Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib Dünən, 16:48 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Dünən, 16:48 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq Dünən, 16:48 Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb Dünən, 16:48 SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Dünən, 15:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb Dünən, 15:48 Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət Dünən, 15:48 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Dünən, 15:48 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR