
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha dörd medal qazanıblar.
"AVESTA.AZ"un məlumatına görə, fərdi proqramda Fərhad Mustafayev qızıl, Ömər Qasımlı gümüş, Səma Cəfərova və Ammar Baxşalıyev bürünc mükafata layiq görülüblər.
Qeyd edək ki, daha əvvəl sinxron proqramda qızıl və gümüş medal əldə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.