21-12-2023, 20:28 544

S&P Azərbaycanın bank sistemi ilə bağlı qiymətləndirməsini yaxşılaşdırıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun xarici borclanmalardan xalis asılılığını qlobal analoqların orta göstəricisi ilə müqayisədə əlverişli hesab edir.

“Report” S&P-yə istinadən xəbər verir ki, bu, yerli banklar üçün maliyyələşdirmənin daha az şaxələndirilməsi deməkdir və bu da onları daxili əmanətlərdən və formalaşan daxili borc bazarlarından asılı edir.

“Orta iqtisadi perspektivləri və bank sektorunun depozit bazasının kifayət qədər olmasını nəzərə alaraq, bankların xarici borc bazarlarından kredit götürmək ehtiyacları məhduddur.

Hesablamalarımıza görə, 2023-cü ilin ortalarına Azərbaycanın bank sisteminin ümumi xarici borcu 1 milyard ABŞ dollarına yaxın olub. Buraya Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, əsasən beynəlxalq maliyyə institutlarından daxilolmalar, həmçinin bankların xarici minoritar səhmdarlarının kreditləri daxildir”, - agentliyin analitikləri vurğulayıblar.

Beləliklə, S&P-nin hesablamalarına əsasən, ölkənin bank sektoru xalis xarici kreditordur.

Agentliyin ekspertləri qeyd ediblər ki, Azərbaycan bank sisteminin maliyyələşdirmə profili son bir neçə ildə möhkəmlənib:

“Sistemdəki kiçik miqyasda əmanətlər 2016-cı ilin sonundan etibarən 70 % artıb. 2023-cü ilin oktyabrında “Muğanbank” ASC-nin lisenziyasının ləğv edilməsi daxil olmaqla, son 5 ildə depozitlərin kütləvi şəkildə çıxarılması ilə əlaqədar hər hansı bankın defolt halları barədə məlumatımız yoxdur. Baxmayaraq ki, kiçik miqyasda əmanətlər üzrə sığorta olunan məbləğinin 2021-ci ilin aprelindən hər bir fiziki şəxs üçün maksimum 100 min manat (təxminən 58,8 min ABŞ dolları) məbləğində müəyyən ediləndən sonra belə əmanətlərin keyfiyyəti bir qədər aşağı düşüb. Əvvəllər zəmanət kiçik miqyasda olan əmanətləri tam əhatə edirdi. Rezidentlərin depozitlərindən daha volatil hesab etdiyimiz qeyri-rezidentlərin depozitlərinin xüsusi çəkisi əsasən Rusiyadan daxil olan pul vəsaitləri hesabına 2021-ci ildəki 1,4 %-dən 2022-ci ilin sonunda 5 %-ə (2,5 milyard manat) yüksəlib. Lakin bu, Gürcüstan (18 %) və Ermənistan (20 %) ilə müqayisədə xeyli aşağıdır”.

S&P-nin hesabatına əsasən, Azərbaycanın bank sektorunda əmanətlərin dollarlaşması getdikcə azalır: “Xarici valyutada depozitlər 2015-ci ilin sonunda 79 % təşkil edirdi. 2023-cü il oktyabrın 31-nə olan məlumata görə, bu göstərici ümumi müştəri depozitlərinin 41 %-nə düşüb. Bu rəqəm həm də Gürcüstan (51 %) və Ermənistandan (50 %) aşağıdır. Xarici valyutada kreditlər və depozitlər arasında uyğunsuzluğu qəbul etsək də, banklar açıq valyuta mövqeləri ilə bağlı hedcinq əməliyyatları həyata keçirirlər”.

GRE depozitləri (hökumətlə əlaqəli təşkilatlardan) korporativ depozitlərin yarıdan çoxunu təşkil edir. Əsasən GRE depozitləri daxil olmaqla, korporativ depozitlər ənənəvi olaraq depozitlərin təxminən üçdə ikisini, kiçik miqyasda depozitlər isə üçdə birini təşkil edib.

“Hesab edirik ki, bu amillər Azərbaycan banklarının maliyyələşdirmə profillərinə əlavə sabitlik əlavə edir. Əsas müştəri depozitlərinə sistemdaxili kreditlərin (əhali depozitlərinin 100 %-i və korporativ depozitlərin 50 %-i kimi müəyyən edilir) bir qədər artacağını, lakin 2024-2025-ci illərdə 110 %-dən aşağı qalacağını proqnozlaşdırırıq”, - agentliyin analitikləri bildiriblər.

Bütün bu amilləri nəzərə alan S&P bank sektoru ilə bağlı risklərin qiymətləndirilməsini “9”dan “8”ə yaxşılaşdırıb və sahəvi və ölkə risklərinin (BICRA) səviyyəsinə görə Azərbaycan bank sistemini “8” qrupuna daxil edib. Azərbaycan banklarının reytinqi “b+”dan “bb-” səviyyəsinə qaldırılıb.

“Biz ölkə bankları üçün iqtisadi və sahəvi risk tendensiyalarını sabit hesab edirik ki, bu da qarşıdakı 12-18 ay ərzində ümumilikdə balanslaşdırılmış riskləri əks etdirir”, - S&P-nin hesabatında qeyd edilib.

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR