25-12-2023, 15:45 541

Azərbaycanda kredit ödəmək mədəniyyəti varmı?

Müşahidələr göstərir ki, Azərbaycanda insanların böyük əksəriyyəti götürdüyü kreditin ödənişinə məsuliyyətlə yanaşmır.

Kredit mütəxəssisləri deyir ki, indi ölkədə kredit tarixçəsi ideal olan, yəni gecikmə günlərinin sayı 0 olan müştərilərə nadir hallarda rast gəlinir.

Yəni, kredit götürənlərin az hissəsi onun ödənişini vaxtında həyata keçirir. Əksər müştərilərdə 1-2 gün belə olsa gecikmə qeydə alınır. Bəzi müştərilər isə borcu alan kimi, kredit təşkilatının ünvanını yaddan çıxarırlar. Yəni, onları bəri başdan qətiləşdirirlər ki, krediti ödəməyəcəklər.

Bəs Azərbaycanda kredit ödəmək mədəniyyəti varmı? "Report" mövzunu maliyyə bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri - Rəşad Həsənov deyir ki, Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra kredit təşkilatları, o cümlədən banklar kredit ödənişi məsələsinə daha həssas yanaşır, müştərilərlə aktiv işləyir, odur ki, son illər ölkədə kredit ödəmə mədəniyyəti sahəsində vəziyyət xeyli yaxşılaşıb: "2015-ci ildən sonra ödənişdə məsuliyyətli davranış meyllərinin artdığı müşahidə olunmaqdadır. Çünki kredit təşkilatları müəyyən alətlərdən istifadə edirlər, o cümlədən, birbaşa kommunikasiya üsulu ilə çalışırlar ki, ödənişi vaxtında təmin etsinlər. Bundan başqa, kredit təşkilatları çalışır ki, kredit tarixçəsi müsbət olan, eləcə də daimi gəliri olan vətəndaşlara borc versinlər. Daimi gəlir əmək haqqı, pensiya və digər sosial müavinətlər ola bilər. Bu halda hardasa işləyən adam yalnız maaşı gecikəndə kredit ödənişini gecikdirir".

Ekspertin sözlərinə görə, gecikmə günlərinin sayı 30-u keçdikdən kredit təşkilatları sərt tədbirlərə əl ata bilərlər, amma bunlar, qanun çərçivəsində baş verməlidir: "Məsələn, bank işçisinin borcalanı təhdid etmək, hədələmək kimi hüququ yoxdur. O, sadəcə vətəndaşa xəbərdarlıq edə bilərlər ki, müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əmək etsin. Bu xəbərdarlığın yazılı və yaxud şifahi formada, birbaşa kommunikasiya üsullarından istifadə etməklə telefonla və yaxud digər formada vətəndaşa çatdırılması başa düşüləndir. Banklar kollektor agentliklərinin xidmətlərindən də istifadə edə bilər. Bütün bunlar da beynəlxalq təcrübədə var və kredit ödəmə mədəniyyətinin formalaşmasına xidmət edir".

Digər ekspert Xalid Kərimli isə hesab edir ki, Azərbaycanda kredit ödəmək mədəniyyətinin formalaşdığını demək olar: "Maliyyə sektoru devalvasiyadan sonra əziyyət çəkdi, amma hazırda kreditlərin ödənilməsi baxımından vəziyyət yaxşıdır. Xüsusilə son 2 ildə fiziki şəxslərə kreditlərin verilməsi ciddi nəzarət altındadır. Odur ki, kreditlər vaxtında ödənilir. Qaldı ki, müştərini krediti ödəmək üçün nəyəsə məcbur etməyə, banklar yalnız onun öhdəliyini yadına sala bilərlər. Bank işçilərinin mədəni və nəzakətli davranması, müştərinin öhdəlikləri haqqında ona etika çərçivəsində məlumat verməsi vacibdir”.

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 15,3 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8 %, son 1 ildə isə 31,8 % azalıb.

Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3 %, ötən ilin sonuna 2,9 %, ötən il oktyabrın sonuna isə 3,2 % olub.

Paylaş

Xəbər lenti

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Bu gün, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Bu gün, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Bu gün, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Bu gün, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Bu gün, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Bu gün, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Bu gün, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Bu gün, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Bu gün, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Bu gün, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Bu gün, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Bu gün, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Bu gün, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Bu gün, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Bu gün, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Bu gün, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Bu gün, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Bu gün, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Bu gün, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Bu gün, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Bu gün, 16:48 MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər Bu gün, 16:48 Nazir Roza Zərgərlini qəbul etdi Bu gün, 16:48 İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Bu gün, 16:48 NATO-dan nüvə təlimləri ilə bağlı qərar: 17 ölkə iştirak edəcək Bu gün, 16:48 103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR Bu gün, 16:48 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq Bu gün, 16:48 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi Bu gün, 16:48 Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb Bu gün, 16:48 Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb Bu gün, 16:48 Bakının bu küçəsi 3 gün TAM BAĞLI OLACAQ Bu gün, 15:48 Bir nəfər il ərzində 337 dəfə xəstəxanaya müraciət edib Bu gün, 15:48 AQTA: Beyləqanda məktəblilərin zəhərlənməsi faktı nəzarətdədir Bu gün, 15:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya gediblər Bu gün, 15:48 Almaz Ələsgərova medalla təltif olundu Bu gün, 15:48 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək Bu gün, 15:48 Məşqdən sonra dizlər niyə ağrıyır? - 3 əsas səbəb açıqlandı Bu gün, 15:48 İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub Bu gün, 14:48 Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir Bu gün, 14:48 Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək Bu gün, 14:48 Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib Bu gün, 14:48 MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edilib Bu gün, 14:48 Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir Bu gün, 14:48 Prezident: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər Bu gün, 14:48 Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir Bu gün, 14:48 Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir Bu gün, 14:48 Həkimdən xəbərdarlıq: Ağciyər xəstəlikləri öskürəksiz də inkişaf edə bilər Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR