
Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldonun oğlu Junior Ronaldo “Mançester Yunayted”in akademiyasında çıxış edəcək.
Avesta xəbər verir ki, 11 yaşlı oyunçu “qırmızı şeytanlar”la müqavilə imzalayıb. Bu barədə o, “instaqram” hesabında paylaşım edib. Junior MY-də 7 nömrəli formada çıxış edəcək.
Kriştiano Ronaldo “Mançester Yunayted”in əsas komandasının “7 nömrə”sidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.