29-12-2023, 16:19 513

Ermənistanın silahlandırılması: Hindistan Cənubi Qafqazda sülh istəmir - ŞƏRH

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə baxmayaraq, sülh müqaviləsinin hələ də imzalanmaması, əksinə, zaman-zaman Ermənistandakı revanşistlərin baş qaldırmasının əsas səbəblərindən biri də üçüncü tərəflərin bu dövləti silahlandırmasıdır. Fransa ilə yanaşı, Hindistan da bu dövlətlərdəndir.

Bu günə kimi Yeni Delhinin İrəvanı silahlandırmasına dair kifayət qədər fakt var. Məsələn, bu ilin iyul ayında Hindistanın İran vasitəsilə Ermənistanı silahlandırmasına dair məlumat yayılmışdı. Cəmi bir neçə gün əvvəl, daha dəqiq desək, dekabrın 27-də məşhur “National Interest” nəşri Hindistan Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Bildirilib ki, əsas müdafiə sövdələşmələrinə “Pinaka” reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları və 155 mm-lik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə daxildir.

Mənbənin sözlərinə görə, Ermənistan daha çox müdafiə sövdələşmələrində, o cümlədən pilotsuz uçuş aparatları və dronlarla mübarizə sistemləri, patrul sursatları və ortamənzilli “torpaq-hava” sinifli raketlərin əldə edilməsində maraqlıdır.

Məqalədə qeyd olunur ki, Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Delhinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir.

Rəsmi Bakı indiyədək bir neçə dəfə bu məsələyə münasibət bildirib. Amma Hindistan yenə də Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də nazirliyin ilin yekunları ilə bağlı mətbuat konfransında deyib ki, Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz.

O, Azərbaycanın Hindistanla Ermənistan arasında silah alqı-satqısı ilə bağlı müqavilə imzalanmasından xəbərdar olduğunu bildirib: "Bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəfmüqabillərimizlə münasibətlərimiz var".

Nazir vurğulayıb ki, Hindistan Ermənistana silah satışını Azərbaycan və Türkiyənin mövqeyi ilə heç vaxt uzlaşdırmayıb: “Onlar qeyd ediblər ki, bu addım kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlməyib. Rəsmi mövqe budur. Ancaq bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq, silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üçün kövrək məqam yaranıb. Bunun fonunda belə bir addımın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”.

Məsələ ondan ibarətdir ki, bu gün Azərbaycanın prioriteti sülh gündəliyidir. Amma İrəvan Azərbaycanın səylərinə adekvat cavab vermir. Çünki silah tədarükü daxildəki bəzi revanşistləri arxayınlaşdırır. Onlar hələ də nəyəsə ümid edirlər.

İkinci bir tərəfdən, Hindistanın Ermənistanı silahlandırması Yeni Delhinin Cənubi Qafqazla bağlı çirkin maraqlarından xəbər verir. Belə ki, Hindistan regional sülh və sabitlikdə maraqlı olsaydı, Ermənistanı silahlandırmaz, əksinə, konstruktiv mövqeyə töhfə verməyə çalışardı. Görünən odur ki, İrəvan Yeni Delhinin qurbanına çevrilir.

Ermənistanın sürətlə silahlandırılması, əlbəttə, sülhü yaxınlaşdırmır. Əksinə, sülh quruculuğu prosesinə mane olur. Konfliktologiyadakı məşhur prinsip yada düşür: hər şey həll olunmayıbsa, deməli, hələ heç nə həll olunmayıb. Yəni nə qədər ki Ermənistan silahlanır, bu dövlətin sülhlə bağlı bəyanatlarının səmimiliyindən əmin olmaq olmaz. Əslində, bu addım İrəvanın özünü ifşa etməsi deməkdir.

C.Bayramovun dediyi kimi, sürətlə silahlanma gələcəkdə regional gərginliyə səbəb ola bilər. Çünki silahlanma prosesi ilə Ermənistan yeni xülyalara qapılır. Bunu tarixi təcrübə də göstərir.

Müxtəlif nikbin proqnozlara baxmayaraq, bu il Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadı, daha doğrusu, ilin sonuna 2 gün qala, bu, real görünmür. Başda dediyimiz kimi, bunun əsas səbəbi İrəvanın silahlandırılması və sülhdən uzaqlaşdırılmasıdır. Oxşar prosesi bu gün Şərqi Avropada da görürük.

2024-cü ildə Ermənistanla Azərbaycan arasında hansı proseslərin baş verməsi isə əsasən İrəvanın ortaya qoyacağı mövqedən asılıdır. İrəvan kənar güclərin təhriki ilə silahlanmağa davam edərsə, bu, bumeranq effekti verəcək və Bakıdakı Hərbi Qənimətlər Parkına yeni eksponatlar əlavə olunacaq.

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR