
Sumqayıtda 16 yaşlı gənc qız itkin düşüb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə ötən gün baş verib. Şəhər sakini, 2008-ci il təvəllüdlü Məmmədova Zəhra Nurlan qızı 7-8-12 məhəllədə yaşadığı evdən heç bir söz demədən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.