
Çin Silahlı Qüvvələri Cənubi Çin dənizində ordunun müxtəlif qolları arasında qarşılıqlı əlaqəni tətbiq etmək üçün təlimlərə başlayıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Döyüş Komandanlığının Cənub Zonası məlumat yayıb.
Qeyd edilib ki, təlimlərdə ÇXAO-nun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edir. Manevrlərin aparıldığı akvatoriyanın koordinatları göstərilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.