
“Qarabağda aparılan bərpa işlərinin miqyası heyrətamizdir, bunu öz gözlərinlə görməlisən”.
Bunu “Report”a Avstraliyanın Ankaradakı səfirliyinin attaşesi polkovnik Bencamin Esler bildirib.
“Burada olmaqdan çox şadıq. Azərbaycanın apardığı tikinti-bərpa işlərinin miqyası heyrətamizdir. Ölkəniz tamamilə dağıdılmış şəhərləri və kəndləri bərpa edir. Azərbaycanın gələcək planları ilə tanış olmaq maraqlı olardı”, - Füzuli və Şuşaya səfərləri barədə təəssüratlarını bölüşən o deyib.
B.Esler vurğulayıb ki, Avstraliya və Azərbaycan arasında kifayət qədər çoxşaxəli əməkdaşlıq qurulub: “Bu münasibətləri yüksək qiymətləndirirəm”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.