
“Tesla” ABŞ-dəki zavod işçilərinin maaşlarını artıracaq.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə yazıb.
“Tesla”nın Kaliforniya ştatının Frimont şəhərindəki müəssisəsində yerləşdirilən vərəqəyə görə, Amerikadakı bütün istehsalat işçiləri, material emalı üzrə mütəxəssislər və keyfiyyət müfəttişləri yeni ildə “bazar dəyişikliklərinə uyğun olaraq maaşı artımla” alacaqlar.
“Bloomberg” tərəfindən baxılan sənəddə işçilərin nə qədər maaş alacağı bildirilmir.
“Tesla”nın insan resursları üzrə baş direktoru agentliyin sorğusunu cavablandırmayıb.
Xatırladaq ki, daha öncə “The Wall Street Journal” “Tesla”nın baş direktoru İlon Maskın narkotik vasitələrdən istifadə etdiyi barədə yazmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.