
ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus helikopter təlim zamanı Cənubi Kaliforniya sahillərində Sakit okeana düşüb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Associated Press" Sakit okean donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, xilasedici qayıq 6 ekipaj üzvünü sahilə çıxarıb.
Qeyd edilib ki, “MH-60R Seahawk” helikopteri ötən gün San-Dieqo Sakit okean körfəzinə düşüb. Helikopterin qəzaya uğrama səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.