
Boliviyanın Patakamaya şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, 29 nəfər yaralanıb.
“AVESTA.AZ” “El Deber” qəzetinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polis bildirib ki, həmkarlar ittifaqına məxsus avtobus La-Pas-Oruro şosesində kiçik yük maşını ilə toqquşub.
Yaralıları xəstəxanaya qaldırıblar, hadisənin səbəbləri hələlik bəlli deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.