
Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.