23-01-2024, 14:21 488

Londonda Baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı alınıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması erməni diasporunun və havadarlarının növbəti təxribatının qarşısını alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda fevralın 5-də keçirilməsi nəzərdə tutulan tədbirə ev sahibliyi etməyi planlaşdırırdı:

"Bu tədbir qatı ermənipərəst, türklüyə və islam dininə düşmən münasibəti bəsləyən Baronessa Karolina Koks, ona dəstək verən Lord de Moli TD və Ermənistanın Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyan tərəfindən təşkil olunmalı idi".

Bundan xəbər tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti ölkədəki Azərbaycan İcmasının adından Karlton Klubunun rəhbərliyinə açıq etiraz məktubu göndərib. Məktubun surəti Britaniya xarici işlər naziri Devid Kemerona, parlament üzvlərinə, Lordlar Palatasının üzvləri Lord Evans, Lord Əhməd, Lord Kilkluni, Lord Sarfraz və Baronessa Manzila Pola Udinə, Avropa və Şimali Amerika üzrə nazir Leo Dokertiyə, Britaniya XİN-in xüsusi komitəsinin rəhbəri Alisiya Kernsə, “Mühafizəkarların Səsi” təşkilatının rəhbərliyinə ünvanlanıb.

Nəzərə çatdırılıb ki, tarixi məkanın əsassız tədbirə ev sahibliyi etməsi Azərbaycan icmasının dərin narahatlığına səbəb olub. Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin təşkilinin iki ölkə arasında sülh perspektivlərini açıq şəkildə pozduğu, Birləşmiş Krallığın sülhü dəstəkləyən mövqeyinə və ölkənin xarici siyasətinə tam zidd olduğu vurğulanıb.

Azərbaycana qarşı etnik təmizləmə iddialarının tamamilə əsassız olduğu, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin faktaraşdırıcı missiyalarının Qarabağda mülki infrastruktura hər hansı ziyanın dəydiyinə və ya Azərbaycan hakimiyyəti tərəfindən erməni mülki şəxslərinin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar etmədiyi və sənədləşdirmədiyi bir daha yada salınıb. Bundan başqa, Ermənistanın Britaniyadakı səfirinin öz ölkəsinin Baş naziri Nikol Paşinyanın siyasətinin əleyhinə olan görüşün təşkilatçıları arasında olması təəccüblü fakt kimi xüsusi vurğulanıb.

Mötəbər sübutların olmadığı təqdirdə, əsassız ittihamların davam etdirilməsi nəticəsində xoşagəlməz vəziyyətin yarana biləcəyini, ötən il Queen Mary Universitetinin nümunəsini xatırladan cəmiyyət sədri Karlton Klubunun rəhbərliyini bu qərəzli tədbiri ləğv etməyə çağırıb.

Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib. “Bu, bizim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər üzərində növbəti qələbəsidir”, - deyə Fəridə Pənahova vurğulayıb.

Paylaş

Xəbər lenti

Meyvə-tərəvəz bazarına yeni nəzarət: BAHALAŞMA olacaq? Bu gün, 18:48 "Şamaxı" klubunun əməkdaşı VƏFAT ETDİ Bu gün, 18:48 Bakıda hazırda hansı yollarda sıxlıq var? Bu gün, 18:48 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Bu gün, 18:48 Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq Bu gün, 18:48 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi Bu gün, 17:48 AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb Bu gün, 17:48 Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər Bu gün, 17:48 Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub Bu gün, 17:48 Aktyor Səmimi Fərhad: "Maşın yumuşam, təkər qaraltmışam, küçədə "bakkuş" satmışam" Bu gün, 17:48 Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI – 1818 nəfər qəbul oldu Bu gün, 17:48 Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bu gün, 17:48 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər – Alimlərdən yeni araşdırma Bu gün, 16:48 Deniz Göktaş azadlığa buraxıldı Bu gün, 16:48 Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək... Bu gün, 16:48 Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü Bu gün, 16:48 Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB Bu gün, 16:48 Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 16:48 Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı Bu gün, 16:48 Ağsuda dağlıq ərazidə yanğın başlayıb Bu gün, 15:49 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı Bu gün, 15:49 Ançelotti Rafinyanı hücumçu mövqeyində sınayacaq Bu gün, 15:48 Qəhvə insanlara niyə fərqli təsir edir? - Dietoloq səbəbini açıqladı Bu gün, 15:48 Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı Bu gün, 15:48 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ Bu gün, 15:48 Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm – 5 il həbs şərti verildi Bu gün, 15:48 Kəlbəcərə sərmayə üçün tarixi fürsət: İlk özəl kompleksin satış şərtləri. Bu gün, 15:48 3 uşaq anası evdən qaçıb? - "Tez gəldim nənəmə dedim ki..." Bu gün, 15:48 Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə Bu gün, 14:48 Jurnalist Əvəz Zeynallı vəfat etdi Bu gün, 14:48 Bakıda sabah yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 14:48 Bakının mərkəzində piyada zonaları genişləndirilir Bu gün, 14:48 "Birliyin Gücü – 2026": Panton körpülərin qurulması, minalı sahələrdə keçidlər icra olunub Bu gün, 14:48 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb Bu gün, 14:48 Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb Bu gün, 14:48 Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib Bu gün, 14:48 "Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar" - Ayxan Abbasov Bu gün, 14:48 Məmmədli qəsəbəsində qadın qətlə yetirilib, əri şübhəli bilinir Bu gün, 14:48 Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir" Bu gün, 13:48 Bakıda dəhşətli qətl: 48 yaşlı qadın evində öldürüldü Bu gün, 13:48 Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb Bu gün, 13:48 İranda dolların məzənnəsi rekord həddə çatdı – 2,3 milyon rialı keçdi Bu gün, 13:48 Nazirlik: 1 nəfərdə quduzluq müşahidə edilib Bu gün, 13:48 Hindistan və Nepalda sel və torpaq sürüşməsi: 83 nəfər öldü Bu gün, 13:48 Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı - Çörək bahalaşacaq? Bu gün, 12:48 Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb Bu gün, 12:48 Öldürülən həkimin qızından ŞOK AÇIQLAMA: "Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi..." Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR