
Biz qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik.
"AVESTA.AZ"un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova deyib.
O qeyd edib ki, hər kəs vətəndaş olduğu kimi, həm də seçicidir: "Vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkidə iştirakına dəstək verməyi hədəfləyirik. Ona görə hamı öz öhdəliyini yerinə yetirməlidir. Biz qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik. Qadınların seçkidə iştirakını təşviq etmək, onlara yardımçı olmaq bizim öhdəliyimizdir. Qadın ailədə böyük rol oynayır. Ona görə siyasi-ictimai proseslərdə iştirakın təşviqi məsələsində də qadınların rolu danılmazdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.