30-01-2024, 05:24 533

Amerikalı ekspert: Utancvericidir ki, 2024-də azot qazı və s. hələ də bəzi ştatlarda qanuni cəza üsullarıdır

Ötən həftənin cümə günü ABŞ-nin Alabama ştatında azot qazı ilə dünyada ilk dəfə ölüm cəzası üsulu tətbiq edilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, 1988-ci ildə sifarişli qətlə görə məhkum edilmiş 58 yaşlı Kennet Yucin Smit barəsində Alabama ştatının baş prokurorluğunun qərarı ilə azot qazı ilə ölümün hökmü çıxarılıb.

Daha öncə 2022-ci ildə öldürücü inyeksiya ilə edam edilmiş Smit həmin ölüm hökmü cəhdindən sağ çıxıb. Bununlada ştat idarəçiləri bir çok məhkumun öldürücü inyeksiya ilə edamının müxtəlif səbəblərdən uğursuz olmasını nəzərə alaraq alternativ ölüm cəzası üsullarına əl atıb və Smit azot qazı ilə ölüm hökmü geymiş ilk şəxs olub.

Qərardan sonrakı müddət ərzində azot qazı ilə ölüm hökmünün Birləşmiş Millətlər Təşkilatı (BMT), bir sıra insan haqları ekspertləri və geniş kütlə tərəfindən qınanılmasına baxmayaraq ABŞ Ali Məhkəməsi onun edamının dayandırılması ilə bağlı müraciətləri rədd edib.

Alabama rəsmiləri prosesin humanist şəkildə aparıldığını söyləsə də, edam prosesini izləyən şahidlərin ifadələrinə görə, məhkuma tənəffüs maskası vasitəsilə azot qazı verilib və Smit dəhşətli acı çəkərək təxminən 25 dəqiqə içində ölüb. Yeni edam metodunun qəddar olduğunu deyən tənqidçilər metodunun həddindən artıq işgəncə verdiyini və ağrılı olduğunu bildirir və bu dəhşətli ölüm cəzasının tətbiqinin dayandırılmasını tələb edirlər.

Mövzunu şərh edən ABŞ-nin siyasi məsələlər üzrə analitiki, “RC Communications” şirkətinin prezidenti Kelvin Dark “Report”a açıqlamasında bildirib ki, ABŞ dövləti modern dünyada sınaqdan keçirdiyi qəddar edam üsulu ilə insan hüquqlarını ciddi şəkildə pozur: “Bu edam üsulu sınaqdan keçirilənədək mən də daxil olmaqla, bir çox amerikalılar tərəfindən qeyri-insani metod adlandırılıb və geniş şəkildə tənqid edilsə də, nəticə olmadı. Bu üsulla edamların dövlət tərəfindən maliyyələşdirilməsi insan hüquqlarının pozulmasıdır. Bu orta əsrlərə aid utancverici bir vəziyyətdir ki, 2024-cü ildə güllələnmə, elektrik cərəyanı, azot qazı və asılma hələ də Amerikanın bəzi ştatlarında qanuni cəza üsullarıdır. Bundan əlavə, mən də daxil olmaqla bir çox afro-amerikalı ABŞ-də bütün edamlara qarşı çıxır, çünki məhkum edilmiş ağdərililər ilə müqayisədə qaradərili insanlar qeyri-mütənasib şəkildə ölüm cəzasına məhkum edilirlər. Bununla yanaşı qurbanın ağdərili olduğu hallar qaradərili qurbanların olduğu cinayətlərdən daha çox ölüm cəzası ilə nəticələnir”.

Siyasi ekspert deyir ki, acı reallıq ondan ibarətdir ki, ABŞ-də ölüm hökmünün tətbiqi, o cümlədən yeni, heç sınaqdan keçirilməmiş üsullarla edamlar yaxın gələcəkdə də davam edəcək: “Ölkədə cinayət nisbətləri artdıqca, amerikalıların əksəriyyəti hələ də dəhşətli zorakılıq cinayətlərinə görə ölüm cəzasını dəstəkləyir. Bu səbəbdən də Birləşmiş Ştatlar Ali Məhkəməsinin mühafizəkar çoxluğu bu təcrübəyə son qoymağa yönəlmiş artan hüquqi çətinliklərə baxmayaraq, ölüm cəzasının istifadəsini məhdudlaşdırmaq ehtimalı azdır”.

Paylaş

Xəbər lenti

Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib Bu gün, 21:48 Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir Bu gün, 21:48 Kamara Usman: "Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür" Bu gün, 21:48 Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Bu gün, 21:48 Bakıda Xankəndiyə "Stepanakert" deyən erməni jurnalistin bir reaksiyası ilə səhvini anında düzəltdi Bu gün, 20:48 Bu ərazilərdəki məktəblər TƏMİR EDİLƏCƏK Bu gün, 20:48 Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib Bu gün, 20:48 Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb Bu gün, 20:48 Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək Bu gün, 20:48 Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib Bu gün, 19:48 Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib Bu gün, 19:48 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu Bu gün, 19:48 700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA Bu gün, 19:48 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? Bu gün, 19:48 Noutbukdan bu cür istifadə kişilərdə sonsuzluq riskini artıra bilər Bu gün, 19:48 Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib Bu gün, 18:48 Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib Bu gün, 18:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda... Bu gün, 18:48 Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər Bu gün, 18:48 Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb Bu gün, 18:48 "Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" Mükafatına Layiq Görüldü Bu gün, 17:48 "Diriliş Ertuğrul" serialına baxıb infarkt keçirdi, Bakıda əməliyyat olundu Bu gün, 17:48 "Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi Bu gün, 17:48 Sabah bu yolun bir hissəsi bağlanacaq Bu gün, 17:48 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı Bu gün, 17:48 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi Bu gün, 17:48 Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb Bu gün, 16:48 "Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI Bu gün, 16:48 Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi Bu gün, 16:48 Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib Bu gün, 16:48 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Bu gün, 16:48 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq Bu gün, 16:48 Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb Bu gün, 16:48 SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Bu gün, 15:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət Bu gün, 15:48 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Bu gün, 15:48 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU Bu gün, 15:48 Yasamalda çörək emalı müəssisəsi bağlandı Bu gün, 15:48 Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 NETTY2026 ərizə qəbulu elan edir Bu gün, 15:48 Yeni mənzil alanların DİQQƏTİNƏ - Enerji pasportu qiymətləri necə dəyişəcək? Bu gün, 15:48 Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına yaxın olduqlarını açıqlayıb Bu gün, 14:48 SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb Bu gün, 14:48 Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər Bu gün, 14:48 SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb Bu gün, 14:48 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı Bu gün, 14:48 HONOR X9e Pro: Sərhədlərə meydan oxu Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR