31-01-2024, 13:29 611

Qərb Armen Qriqoryanı Paşinyanın yerinə hazırlayır - ŞƏRH

Bir müddətdir Ermənistan mətbuatında və siyasi kulislərində Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın baş nazir postuna hazırlandığı barədə iddialar səsləndirilir. Ötən ildən başlayan bu məsələ son günlər yeni fazaya qədəm qoyub. TŞ katibinin Qərblə birbaşa təmaslarının artması, bu məsələdə müstəqil hərəkət etməsi artıq Nikol Paşinyanı da narahat etməyə başlayıb.

Əslən Qarabağ ermənisi olan və 1983-cü ildə Ağdərə rayonunda anadan olan Qriqoryanın bu fəallığı əbəs deyil. Məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, 2018-ci ildə Soros fondunun dəstəyi ilə hakimiyyəti ələ alan Paşinyanın silahdaşı sayılan Armen özü də sırf qərbyönümlü siyasətçidir. Təsadüfi deyil ki, Rusiya ilə münasibətlərin korlanmasında onun danılmaz rolu var və silsilə olaraq Moskva əleyhinə bəyanatlar səsləndirməklə yanaşı, Ermənistanın KTMT-dən çıxması ilə bağlı fikir də məhz ona məxsusdur. Bu, onun hansı qüvvələr tərəfindən vəzifəyə oturdulmasını göz önünə gətirdiyi kimi, sifarişin də Qərbdən olması mümkünlüyünü möhkəmləndirir.

İkincisi, yuxarıda da qeyd etdiyimiz kimi, Armen əslən Qarabağ ermənisidir və hazırda Ermənistana könüllü surətdə köçən qarabağlılardan güc və dəstək alması sirr deyil. Ssenarilərdə Qarabağ ermənilərinin Qriqoryan ətrafında birləşəcəyi də mümkün ehtimal kimi dəyərləndirilir.

Üçüncüsü, son dövrlər hakim partiyanın deputatları ilə münasibəti gərginləşən katib siyasi komandadan ayrılıb və təkbaşına fiqur olmaq qərarına gəlib. Bununla yanaşı, artıq Qərbin müəyyən kulislərində də Armen qəbul edilir və Paşinyanın varisi sayılır. Bu səbəbdən də baş nazirin Qərbin tələblərini yerinə yetirməməsi və Rusiya ilə münasibətləri yaxşılaşdırmaq yolunda addım atması vəziyyətində ölkə rəhbərliyinə gətiriləcəyi barədə artıq söhbətlər dolaşır. Sırf qərbyönümlü olan Qriqoryanın isə Qərbin siyasi maraqlarını qoruyacağı, bütün sifarişləri can-başla yerinə yetirəcəyi gün kimi aydındır.

Qriqoryanın siyasi karyerası

2018-ci ilin “məxməri” inqlabı Ermənistanda Serj Sarkisyanın devrilməsi, yeni hökumətin qurulması ilə nəticələndi. Sorosun dəstəyi ilə çiynində çanta baş nazir postuna əyləşən Nikol Paşinyan 35 yaşlı Armeni TŞ katibi təyin etdi. Bu isə o dövrdə erməni cəmiyyətində çaşqınlığa səbəb olmuşdu. "Transparency International" qeyri-hökumət beynəlxalq təşkilatının eksperti, "Serji rədd et" hərəkatının koordinatoru olan Armen bu posta konkret olaraq uyğun namizəd deyildi. Görünür, bu təyinatda da Qərbdən olan havadarları katibin imdadına yetişmişdi. Yeni təyin edilən şəxsin müdafiə və təhlükəsizlik sahəsində heç bir təcrübəsi yox idi. Bununla belə, 2021-ci ildə Qriqoryan sərəncamla XİN müavini təyin edilsə də, qısa müddət sonra yenidən TŞ katibi postuna təyin edildi. Erməni siyasi kulislərində gəzən söhbətə görə isə Qərb elə ilk gündən Armeni bu posta uyğun gördüyü üçün XİN müavini postuna təyinatla bağlı Paşinyana kiçik “qulaqburma” da verib.

Qərbin adamı

Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyətə başlayan Qriqoryan ilk günlərdən kimin adamı olduğunu atdığı addımlarla biruzə verməyə başlamışdı. O, gah ABŞ-yə səfər edərək ikitərəfli münasibətləri müzakirə edir, gah Britaniyaya uçur, gah da Avropanın müxtəlif siyasi mərkəzlərini gəzirdi. Hətta sırf statistik rəqəmlərə baxsaq, Ermənistanın siyasi elitası arasında Qərbə ən çox səfər edən şəxs məhz elə TŞ katibidir və o, bu məsələdə baş naziri də üstələyir. Qeyd etmək yerinə düşər ki, Avropa və Qərbdən İrəvana səfər edən istənilən qonaq Qriqoryanla görüşmədən hava limanına getmir. O, Qərbə səfərləri zamanı mühüm məsələləri müzakirə edir. Bütün bunlar onu göstərir ki, Qərbdə - ABŞ-də, Aİ-də və Londonda ona güvənir, onu Ermənistanda öz siyasi xəttini təbliğ etməyə hazır bir dayaq və fiqur hesab edirlər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi ötən il İrana səfər edib, orada kifayət qədər mühüm məsələləri müzakirə ediblər. Bu səfərdən qısa müddət keçdikdən sonra belə bir xəbər dolaşmağa başladı: Paşinyan gedəndən sonra Qərb Ermənistandakı vəziyyəti idarə edə bilsə, baş nazir postunu ona həvalə etməyə hazırlaşır. Qriqoryan qərbyönümlü, həmçinin Soros Fondunun maliyyələşdirdiyi strukturların əməkdaşı kimi reputasiyaya malikdir.

Rusiya əleyhinə fəaliyyət

Təsadüfi deyil ki, Qriqoryan erməni siyasi elitasında Rusiya əleyhinə ən sərt fikirlər səsləndirən fiqurlardan biri kimi də tanınır. O, Azərbaycan-Ermənistan danışıqlarında Kremlin vasitəçiliyinin qəti əleyhinədir və təmsil etdiyi dövlətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığını istəmir. Sırf bu səbəbdən də bir neçə dəfə hərbi alyansın iclaslarında iştirakdan boyun qaçırıb. Eyni zamanda, TŞ katibi müsahibələrində bir neçə dəfə Rusiyanın yeni silah alışı üçün partnyor kimi nəzərdən keçirilmədiyini bildirib. Məhz ötən il Moskva və İrəvan arasında silahla bağlı yeni müqavilənin imzalanması barədə xəbərlər tirajlananda Armen bildirib ki, söhbət yeni müqavilədən yox, əvvəl imzalanmış sazişin icrasından gedir.

2023-cü ilin 8 noyabr tarixində Moskvada MDB-yə üzv dövlətlərin TŞ katiblərinin sayca 11-ci iclası keçirilsə də, Qriqoryan bu tədbirdə iştirak etmədi. Rusiyanın paytaxtında baş tutan iclasda Ermənistanı səfir Vaqarşak Arutyunyan təmsil etdi. Eyni gündə isə erməni katib İrəvanda ABŞ dövlət katibinin nümayəndəsi Luis Bononu qəbul etdi. 10 noyabr tarixində isə “Ermənistanın strateji gələcəyi: Ermənistan Respublikası-Avropa” adlı forumda iştirak etmək üçün Brüsselə səfər etdi. Baş verən görüş və səfərin Rusiyadakı tədbirlə eyni vaxtda keçirilməsi təsadüf deyil və təbii ki, TŞ katibinin Kremlə mesajıdır. Armen Qriqoryan açıq-aşkar Qərbi daha üstün tutduğunu, rəsmi Moskvanın keçirdiyi heç bir iclası ciddiyə almadığını hərəkətləri ilə bir daha sübut edib.

Yuxarıda sadalananlardan da məlumdur ki, Armen Qriqoryanın Soros vasitəsilə TŞ katibi postuna təyin etdirilməsi təsadüfi deyil. Hər zaman olduğu kimi, Qərb öz məkrli planlarını regionda qulbeçələri ilə həyata keçirmə yoluna davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan da sorosçu olsa da, belə çıxır ki, Qərb diplomatiyası mümkün ehtimallara qarşı "B planı"nı hazırlayıb və lazımi anda düyməyə basaraq istifadə etməyi planlaşdırır. Görünür, son dövrlər hökumət başçısının bir sıra addımları ağaları tərəfindən bəyənilməyib və bu səbəbdən də Qriqoryanla bağlı planın mətbuata sızmasına imkan yaradıblar. Hələlik bu xəbər sızmasını Nikola xəbərdarlıq kimi qəbul etmək olar. Ehtimal edilir ki, Qərbin növbəti addımları daha amansız və radikal ola və İrəvanda bir göz qırpımında hakimiyyət dəyişikliyi baş tuta bilər. Bu isə erməni dövləti üçün növbəti zərbə, sütunlarının sarsılması ilə nəticələnə bilər. Hər zaman olduğu kimi isə bu, Qərbdə heç kəsin vecinə deyil. Onlar üçün vacib olan planın baş tutması və işləməsidir.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR