
Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
“AVESTA.AZ” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Nazir qeyd edib ki, ölənlər hücum edən şəxslərdir.
Ə.Yerlikaya bildirib ki, hücum edənlərin DHKP/C terror təşkilatının üzvləri olduqları təsbit olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.