
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.
"AVESTA.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, FIFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.
Yarış fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.