16-02-2024, 16:45 548

Azərbaycandakı investisiya şirkətlərinə yeni tələb - uyğunluq tədbirləri

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu günlərdə dəyişiklik etdiyi “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na əsasən, bundan sonra ölkədəki investisiya şirkətləri müştəriyə xidmət göstərməmişdən əvvəl uyğunluq tədbirləri həyata keçirəcək.

Bəs bu tədbirlər nəyi əhatə edir? "AVESTA.AZ" mövzunu yerli investisiya şirkətlərindən birinin direktor müavini, Vəkillər Kollegiyasının üzvü Pərvanə Qasımova ilə müzakirə edib.

Onun sözlərinə görə, uyğunluq tədbirləri ilk növbədə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun"a əsaslanır: "Bu cür mübarizədə investisiya şirkətləri və digər maliyyə qurumları öhdəlik daşıyır. Onlar qanunvericilik çərçivəsində fiziki və hüquqi şəxslərin pulunun hərəkətinə nəzarəti həyata keçirməlidirlər. Lazımi qaydada bu fəaliyyətin icra edilməməsi maliyyə qurumlarının məsuliyyətə cəlb edilməsinə gətirib çıxarda bilər. Müştəri uyğunluğu tədbirləri əsasən iki əsas suala cavab verməlidir: Birincisi, maliyyə institutunun müştərisi kimdir? Bu suala cavab vermək üçün müştəri identifikasiya olunmalı, əldə olunmuş məlumatlar isə verifikasiya olunmalıdır. İkincisi, pulun mənbəyi haradır?"

Pərvanə Qasımova
Pərvanə Qasımova

Ekspert hesab edir ki, bütün sahələrdə pulun mənbəyi sorğulansa qeyri-rəsmi gəlirləri nəyəsə yönəltmək mümkün olmayacaq, hər kəs uzunmüddətli perspektivdə gəlirini rəsmi qaydada əldə etməyə çalışacaq: "Əks halda müştərilər uyğunluq tədbirlərindən çəkinib pullarını zinyət əşyalarına, bahalı saatlara və digər aktivlərə investisiya edəcəklər. Bu məsələnin həssaslığı nəzərə alınmalı, nəzarət orqanı və maliyyə institutları öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməlidir. Mövzuya daha geniş baxdıqda söhbət "kölgə iqtisadiyyatı"nın ləğv edilməsindən gedir. Rəsmi səviyyədə də qəbul edilib ki, uçotdan yayınma var, amma azalmaqdadır".

Bununla belə, onun fikrincə, qeyri-rəsmi gəlirləri tamamilə cinayət yolu ilə əldə olunmuş pul kimi baxmaq lazım deyil: "Misal üçün, repetitor fəaliyyəti ilə məşğul olan müəllim topladığı vəsaitin mənbəyini göstərə bilmir. Lakin bu o demək deyil ki o pulu cinayət yolu ilə əldə edib. Sadəcə pulun mənbəyinin göstərilə bilməməsi həmin vəsaitin bu pulun iqtisadiyyata cəlb olunmasına mane olur. Digər misal, uzun illər Azərbaycanda işçilərə qeyri-rəsmi əmək haqqları veriblər. Bu gün dövlətin siyasəti nəticəsində artıq bu mənfi hallar aradan qaldırılır. Lakin həmin pulları kapital bazarına gətirmək mümkün deyil. İnsanlar pulun mənbəyi ilə bağlı suallar eşidəndə investisiya xidmətlərindən istifadə edə bilmirlər”.

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR