27-02-2024, 15:27 463

Ermənistanın KTMT oyunu - Rusiya İrəvanı bağışlayacaqmı? - ŞƏRH

Ermənistan-Rusiya münasibətləri son zamanlar gərginləşən templə davam edir. Bunun əsas səbəbi İrəvanın sürətlə Moskvadan uzaqlaşmasıdır. Tərəflər arasındakı gərginlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında daha çox hiss olunur. Belə ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq, bu təşkilat daxilindəki fəaliyyətini faktiki olaraq dayandırıb.

Bu ölkənin baş naziri Nikol Paşinyan fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın qurum daxilindəki fəaliyyətini dayandırdığını bildirmişdi.

Rusiyanın Xarici İşlər Nazirliyi və Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı N.Paşinyandan izahat tələb etdi. Belarus Prezidenti Aleksandr Lukaşenko isə dedi ki, KTMT Ermənistansız çökəsi deyil.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələ ilə bağlı növbəti açıqlama verərək bildirdi ki, İrəvanın KTMT tədbirlərində iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir. O, bu açıqlaması ilə Ermənistanın KTMT ilə bağlı mövqeyini növbəti dəfə dilə gətirmiş oldu.

Rəsmi İrəvanın KTMT tədbirlərində iştirak etməməsi və bu qurumu boykot etməsi kiçik görünsə də, əslində kifayət qədər ciddi hadisədir. Məsələ burasındadır ki, Ermənistan KTMT üçün heç də həlledici aktor deyil. A.Lukaşenkonun dediyi kimi, KTMT Ermənistansız çökməyəcək. Amma bu, Ermənistanın Rusiyadan uzaqlaşmasının və Qərbə tərəf daha çox meyillənməsinin təzahürüdür. Maraqlıdır ki, Ermənistanın KTMT-dən uzaqlaşması istiqamətindəki addımlar bu dövlətin Qərb ölkələri, o cümlədən Fransa ilə yaxınlaşması, habelə təhlükəsizlik zəmanətlərindən şikayət etdiyi dövrə təsadüf edir.

Ermənistanın uzun müddət çətiri altında olduğu Rusiyadan birdən-birə uzaqlaşması, böyük ehtimalla, Qərbin tələbidir. Fransa kimi dövlətlər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək və Rusiyanın regiondakı mövqelərini zəiflətmək üçün Ermənistandan istifadə edirlər. Ağ Ev, Yelisey Sarayı Ermənistanı silahlandırmaqla, bu dövlətə maddi vəsait ayırmaqla onu şirnikləndirir, sonra da özlərindən asılı vəziyyətə salırlar.

Qərbin Şərqi Avropada etdiklərini yada salaq; fərqli Qərb dövlətləri Ukraynanı şirnikləndirməklə bu dövləti başqa bir Slavyan xalqı olan Rusiya ilə üz-üzə qoydular. İndi isə Ukraynanın arxasından geri çəkilirlər. Nə rəsmi Kiyevin, nə də Şərqi Avropanın taleyi Qərbi düşündürür.

Beləliklə, Qərb eyni ssenarini indi də Cənubi Qafqazda təkrarlamaq istəyir. Bu, əslində “işlənmiş kartdır”. Amma N.Paşinyan bu oyunun qurbanına çevrilir.

Ermənistan, yəqin ki, bundan sonra da Rusiyadan uzaqlaşmağa davam edəcək. Moskva hələ ki prosesə təmkinli yanaşır. Çünki özünə arxayındır. Ermənistanda Rusiyanın təkcə 102-ci hərbi bazasının mövcudluğu N.Paşinyan hakimiyyəti üçün “Domokl qılıncı”dır.

Böyük ehtimalla N.Paşinyan Qərbdən ciddi təhlükəsizlik təminatları alıb. Ona görə də asanlıqla Rusiya və KTMT əleyhinə çıxış edə bilir. Əlbəttə, rəsmi İrəvan birdən-birə KTMT-dən çıxmayacaq. Bu, çox riskli olar. Amma proses tədricən buna doğru gedir.

Ermənistanın KTMT-dən çıxması ilə Rusiya nə isə itirməyəcək. Amma bu, İrəvanın Moskvaya "meydan oxuması" olar. Rusiya isə bunu özünün “arxa bağçası” hesab etdiyi dövlətə bağışlamaz.

Beləliklə, Ermənistanın Qərblə Rusiya arasında poliqona çevriləcəyi barədə ehtimallar getdikcə artır. Rusiya mümkün qədər bundan çəkinməyə çalışacaq. Amma məcbur olsa, adekvat addımı atacaq. Nəticədə Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətinə nail olacaq.

İndi N.Paşinyan həm həyatı, həm də siyasi hakimiyyəti ilə “qumar oynayır”. Ən pis tərəfi odur ki, Qərbin “ipi ilə quyuya düşən” Ermənistanın qazanacaq az, itirəcək isə çox şeyi var.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR