
ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin bəzi strukturlarının maliyyələşdirilməsinin martın 8-dək, digərlərinin isə martın 22-dək uzadılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“AVESTA.AZ” xəbər verir ki, qanun layihəsini Konqresin aşağı palatasının 320 üzvü dəstəkləyib, 99-u isə əleyhinə çıxıb.
ABŞ senatorlarının qanun layihəsinə daha sonra səs verəcəyi gözlənilir. Sonda qanunu ABŞ prezidenti Cozef Bayden imzalamalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.